Azərbaycan ilə Fransa arasında hərbi-texniki sahədə əməkdaşlıq üçün yaxşı imkanlar var | 1news.az | Xəbərlər
Rəsmi

Azərbaycan ilə Fransa arasında hərbi-texniki sahədə əməkdaşlıq üçün yaxşı imkanlar var

22:42 - 19 / 07 / 2018
Azərbaycan ilə Fransa arasında hərbi-texniki sahədə əməkdaşlıq üçün yaxşı imkanlar var

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 19-da Parisdə “Naval” qrupunun sədri və baş direktoru Erve Giyu ilə görüşüb.

Görüşdə Azərbaycan ilə Fransa arasında hərbi sənaye sahəsində əməkdaşlıq haqqında müzakirələr aparıldı.

“Naval” qrupunun sədri və baş direktoru Erve Giyu rəhbərlik etdiyi şirkətin fəaliyyəti barədə dövlətimizin başçısına məlumat verdi.

Prezident İlham Əliyev məlumata görə təşəkkürünü bildirdi.

Söhbət zamanı qeyd edildi ki, Azərbaycan ilə Fransa arasında hərbi-texniki sahədə əməkdaşlığın həyata keçirilməsi üçün yaxşı imkanlar var və hazırda Fransa tərəfi ilə konkret layihələr üzərində iş gedir.

President.az

 

Paylaş:
641

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər