Prezident İlham Əliyev İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirini “Dostluq” ordeni ilə təltif edib
İtaliya Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Enzo Moavero Milanesi “Dostluq” ordeni ilə təltif edilib.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, sərəncamda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının İtaliya Respublikası ilə dövlətlərarası münasibətlərinin möhkəmləndirilməsində böyük xidmətlərinə görə İtaliya Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Enzo Moavero Milanesi “Dostluq” ordeni ilə təltif edilsin.
1news.az
459