Prezident İlham Əliyev Parisdə “Iveco France” şirkətinin prezidenti ilə görüşüb
İyulun 20-də AzərbaycanPrezidenti İlham Əliyev Parisdə “IVECO France” şirkətinin prezidenti, “IVECO Global Bus”un rəhbəri Silvan Blez ilə görüşüb.
1news.az xəbər verir ki, Prezident İlham Əliyev “IVECO France” şirkətinin ekoloji baxımdan təmiz avtobuslarının Bakıda uğurla fəaliyyət göstərdiyini məmnunluqla qeyd etdi, bu avtobusların şəhərimizin nəqliyyat infrastrukturunun inkişafında oynadığı rolu xüsusi vurğuladı. Dövlətimizin başçısı “IVECO” avtobusları sayəsində Bakıda ictimai nəqliyyatla bağlı bir çox problemlərin həllini tapdığını dedi.
“IVECO France” şirkətinin prezidenti, “IVECO Global Bus”un rəhbəri Silvan Blez Bakının nəqliyyat infrastrukturu sahəsində regionun aparıcı şəhəri olduğunu vurğuladı. Bildirdi ki, paytaxtda avtobus deposu beynəlxalq normalara uyğun təşkil olunub. O, şirkətinin avtobuslarının Bakının ictimai nəqliyyat infrastrukturunun müasirləşdirilməsində, həmçinin digər texnikalarının kənd təsərrüfatı sahəsində aparıcı rol oynadığına ümid etdiyini bildirdi.
1news.az