Vüqar Rəhimzadə: Monoetnik Ermənistandan fərqli olaraq bütün dünyaya tolerant, multikultural ölkə olduğumuzu sübut edirik | 1news.az | Xəbərlər
Cəmiyyət

Vüqar Rəhimzadə: Monoetnik Ermənistandan fərqli olaraq bütün dünyaya tolerant, multikultural ölkə olduğumuzu sübut edirik

16:25 - 26 / 07 / 2018
Vüqar Rəhimzadə: Monoetnik Ermənistandan fərqli olaraq bütün dünyaya tolerant, multikultural ölkə olduğumuzu sübut edirik

Bu gün bəzi “maraqlı dairələr” Azərbaycanda baş verən hadisələri özlərinə sərf edən formada şərh etməyə çalışır, həm daxildə, həm də xaricdə ölkəmizin müsbət imicinə kölgə salmağa cəhd edirlər. Azərbaycanın uğurlarını gözü götürməyən bu ünsürlər hər fürsətdə qaralama kampaniyası aparır, hansısa antimilli qüvvələrin sifarişlərini həyata keçirirlər. Artıq ənənə halını alan və ölkəmizdə keçirilən “Jara” musiqi festivalı ilə bağlı son günlər aparılan müzakirələr də bu kampaniyanın tərkib hissəsidir. Festivalın iştirakçısı, rusiyalı müğənni, guya milliyyətcə erməni olan Zara ilə bağlı sosial şəbəkələrdə kampaniya aparılır, onun ölkəmizə gəlməsinin yolverilməz olduğu bildirilir.

Bu fikirləri 1news.az-a açıqlamasında YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib.

V.Rəhimzadə qeyd edib ki, Azərbaycan dünyaya tolerantlıq, multikulturalizm nümunəsi kimi təqdim edilir. Ölkəmiz tarixən müxtəlif millətlərin sülh, təhlükəsiz və mehriban şəraitdə yaşadığı məkan olub. Dinindən, irqindən, milliyyətindən asılı olmayaraq Azərbaycan vətəndaşı adını daşıyan hər kəsə eyni qayğı, diqqət və münasibət göstərilib. Azərbaycanda həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərindən biri də tolerantlıq və multikulturalizmlə bağlıdır. Bu mənada “Jara” musiqi festivalı ilə bağlı sosial şəbəkələrdə aparılan xoşagəlməz müzakirələr ölkəmizin tolerant imicinə mənfi təsir edən amildir.

“İki sahil” qəzetinin baş redaktoru vurğulayıb ki, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında mümkün olan bütün vasitələrdən istifadə etmək lazımdır: “Biz Azərbaycanı bütün dünyaya azad, demokratik, inkişaf etmiş dövlət kimi təqdim edirik və qeyd edirik ki, hər kəs gəlib bunu öz gözü ilə görə bilər. Təsadüfi deyil ki, ölkəmizdə mütəmadi olaraq beynəlxalq tədbirlər, idman yarışları keçirilir və Odlar Yurduna ayaq basan xarici qonaqlar baş verən müsbət dəyişiklikləri, inkişafı müşahidə edir, öz heyranlıqlarını gizlədə bilmirlər. Bu mənada Ermənistanda doğulan Rusiya vətəndaşı, milliyyətcə yezidi kürdü olan bir müğənninin ölkəmizə gəlməsi, Azərbaycanla bağlı xoş sözlər söyləməsi ancaq bizim xeyrimizə ola bilər. Qeyd etdiyimiz kimi, bununla biz monoetnik Ermənistandan fərqli olaraq bütün dünyaya tolerant, multikultural ölkə olduğumuzu sübut edirik.”

Vüqar Rəhimzadə əlavə edib ki, bu cür müzakirələr Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan sülh danışıqlarına da mənfi mənada öz təsirini göstərə bilər: “Biz haqlı və ədalətli olaraq bəyan edirik ki, işğal altında olan torpaqlarımız qaytarılsın, Dağlıq Qarabağa Azərbaycan daxilində muxtariyyət verilsin. Bundan sonra Dağlıq Qarabağda birgə yaşayacaq soydaşlarımız kimi, ermənilər də Azərbaycan vətəndaşı adını daşısınlar. Əgər kimlərsə Ermənistanda doğulan bir müğənninin ölkəmizə gəlməsinə bu qədər sərt etiraz edirsə, onda dediklərimizə kim inanar? Dağlıq Qarabağda yaşayacaq ermənilərin təhlükəsizliyi necə təmin edilər? Hesab edirəm ki, bu cür məsələlərə daha geniş prizmadan baxmaq lazımdır”.

1news.az

Paylaş:
472

Son xəbərlər

Bakıda Hindistan vətəndaşlarını ABŞ-yə aparmaq adı ilə aldadan pakistanlı saxlanılıbBu gün, 15:01Ağstafada davranış qaydalarını pozan məktəb direktoru işdən çıxarılıbBu gün, 14:49İlham Əliyev: Rəisi İran və Azərbaycan xalqının yaddaşında parlaq dövlət xadimi kimi qalacaqBu gün, 14:32Cavanşir yolötürücüsünün söküntüsü davam edirBu gün, 14:28Şəhid Əliyar Ələkbərov Keşlədəki Şəhidlər xiyabanında dəfn olunub - YENİLƏNİBBu gün, 14:19Azərbaycan Real Aykido İdman Klubu İctimai Birliyinə himn yazılıb - VİDEOBu gün, 14:08Sumqayıtda Birinci Qarabağ müharibəsinin şəhidi Siyavuş Məmmədov dəfn edilibBu gün, 14:05Birinci Qarabağ müharibəsinin şəhidi Arif İmaməliyev dəfn olunub - YENİLƏNİBBu gün, 13:52Biznesə dəstək, qarşıya qoyulan hədəflər, sahibkarların istəkləri - KOBİA-dan suallara CAVABBu gün, 13:45İlham Əliyev İran səfirliyində olub, helikopter qəzasında həlak olanlarla əlaqədar başsağlığı verib - YENİLƏNİBBu gün, 13:37Bakı aeroportuna işləyən avtobusların intervalı 25 dəqiqəyə endirilibBu gün, 13:07Prezident Özbəkistanın investisiya, sənaye və ticarət nazirini qəbul edib - YENİLƏNİBBu gün, 13:03Bakıda Tacikistan Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi olubBu gün, 12:51Azərbaycana turist axını 39 faiz artıbBu gün, 12:35Sabah yağış yağacaq - ProqnozBu gün, 12:26Azərbaycanda zərgərlik üzrə yeni dövlət standartları qəbul edilibBu gün, 12:07Bakıda Birinci Qarabağ müharibəsinin şəhidi Elşən Xasiyevlə vida mərasimi keçirilibBu gün, 11:37Azərbaycanda uşaqların cinsi istismarına görə cəzalar sərtləşdirilibBu gün, 11:36Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlanıbBu gün, 11:28Bakıda itkin düşən iki nəfər tapılıbBu gün, 11:14
Bütün xəbərlər