Bu abituriyentlərin imtahan nəticələri ləğv edildi | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu abituriyentlərin imtahan nəticələri ləğv edildi

17:30 - 26 / 07 / 2018
Bu abituriyentlərin imtahan nəticələri ləğv edildi

Dəfələrlə xəbərdarlıq edildiyinə baxmayaraq, bu gün bəzi abituriyentlər tələb olunan sənədləri özləri ilə gətirmədikləri üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanına buraxılmayıblar.

Dövlət İmtahan Mərkəzindən (DİM) 1news.az-a verilən məlumata görə, bundan əlavə imtahana köməkçi vasitələr, o cümlədən mobil telefon gətirən, imtahanın gedişi zamanı köçürməyə cəhd edən, imtahan qaydalarına zidd hərəkətlərə yol verən abituriyentlər imtahandan xaric olunub və nəticələri ləğv edilib.

2018/2019-cu tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün bu gün II və III ixtisas qrupları üzrə qəbul imtahanı prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahan prosesinin gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, abituriyentlərin öz bilik səvyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

İmtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 61 binada aparılıb.

İmtahanda istifadə olunmuş test tapşırıqlarının düzgün cavabları isə DİM-in internet saytında və Facebook səhifəsində yerləşdiriləcək.

İyulun 27-dən etibarən imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq. İmtahan nəticələrinin yaxın 3-4 gün ərzində elan edilməsi nəzərdə tutulur.

S.Xankişiyeva

 

Paylaş:
399

Son xəbərlər

2-ci Azərbaycan-Özbəkistan Regionlararası Forumu keçirilib21 / 05 / 2024, 18:33“Qarabağın Rəngləri” layihəsinin təqdimatı keçirildi, əsərlərin satışından 90.200 manat QDF-ə ianə edildi - FOTO21 / 05 / 2024, 17:55Mayın 24-dən bağçalara növbələrin yaradılması müvəqqəti dayandırılacaq21 / 05 / 2024, 17:51Bakıda narkokuryerdən 7 kq marixuana götürülüb21 / 05 / 2024, 17:45İxtisas imtahanlarında iştirak etmək üçün ödənişin məbləği müəyyən edilib21 / 05 / 2024, 17:36Üç rayonda kömür quyuları aşkarlanıb, səkkiz nəfər cəzalandırılıb21 / 05 / 2024, 17:32“Azərişıq” abonentlərə müraciət edib21 / 05 / 2024, 17:20ADSEA-nın fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan icazələrin siyahısı təsdiqlənib21 / 05 / 2024, 17:14Bu gün Xalq rəssamı Tahir Salahovun anım günüdür21 / 05 / 2024, 17:06Ceyhun Bayramov Əli Bağeri ilə Azərbaycanın İrandakı səfirliyinin bərpası istiqamətində görülən tədbirləri müzakirə edib21 / 05 / 2024, 16:53Nizami rayonu ərazisində motosikletlə avtoxuliqanlıq edən sürücü həbs edilib21 / 05 / 2024, 16:46Mayın 5-də keçirilən imtahanların nəticələri açıqlanıb21 / 05 / 2024, 16:36Şimşək çaxacaq, leysan yağacaq - XƏBƏRDARLIQ - YENİLƏNİB21 / 05 / 2024, 16:25Tərtərdə heyvan otaran şəxs minaya düşərək ölüb21 / 05 / 2024, 16:12Ceyhun Bayramov İran XİN rəhbəri vəzifəsini icra edən Əli Bağeri ilə telefonla danışıb21 / 05 / 2024, 16:04Tovuzda evdə yanğın olub21 / 05 / 2024, 15:38Hitrou hava limanı AZAL-a həsr olunmuş paylaşım edib21 / 05 / 2024, 15:37Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb21 / 05 / 2024, 15:18Bakıda Hindistan vətəndaşlarını ABŞ-yə aparmaq adı ilə aldadan pakistanlı saxlanılıb21 / 05 / 2024, 15:01Ağstafada davranış qaydalarını pozan məktəb direktoru işdən çıxarılıb21 / 05 / 2024, 14:49
Bütün xəbərlər