“Qarabağ” səfərdən sülhlə dönür – VİDEO | 1news.az | Xəbərlər
Futbol

“Qarabağ” səfərdən sülhlə dönür – VİDEO

09:37 - 26 / 07 / 2018
“Qarabağ” səfərdən sülhlə dönür – VİDEO

“Qarabağ” Çempionlar Liqasının II təsnifat mərhələsində ilk oyununu keçirib.

1news.az-ın məlumatına görə, Qurban Qurbanovun yetirmələri səfərdə Albaniyanın “Kukesi” klubunun qonağı olub.

Gərgin mübarizə şəraitində keçən görüşdə qapılara qol vurulmayıb və tərəflər meydandan sülhlə ayrılıblar.

Cütün qalibi bir həftə sonra Bakıda baş tutacaq cavab oyununda müəyyənləşəcək. Doğma arenada azarkeşləri önündə çıxış edəcək “Qarabağ”ın qalib gəlmək şansları daha yüksək qiymətləndirilir.

Çempionlar Liqası

II təsnifat mərhələsi

İlk oyun

25 iyul

“Kukesi” (Albaniya) – “Qarabağ” (Azərbaycan) - 0:0

Baş hakim: Ola Hobber Nilsen

Baş hakimin köməkçiləri: Tom Harald Qronevik, Qeyr Oskar İsaksen

Dördüncü hakim: Kay Erik Stin (hamısı Norveç)

Hakim-inspektor: Xuan Antonio Fernandes Marin (İspaniya)

UEFA nümayəndəsi: Roy Katkart (Şimali İrlandiya)

Şkoder. Loro Boriçi stadionu

Babək Cahandarov

Paylaş:
738

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər