Azərbaycan çempionatının püşkü atıldı | 1news.az | Xəbərlər
Futbol

Azərbaycan çempionatının püşkü atıldı

15:10 - 27 / 07 / 2018
Azərbaycan çempionatının püşkü atıldı

Bu gün Topaz Premyer Liqasında 2018/19 mövsümünün püşkatma mərasimi keçirilib.

1news.az-ın məlumatına görə, AFFA-nın inzibati binasında təşkil olunan püşkatma mərasimində Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, elita klublarının nümayəndələri, jurnalistlər, futbol ictimaiyyəti iştirak ediblər.

Beləliklə, püşkatmanın nəticəsinə görə XXVII Azərbaycan çempionatında mübarizə aparacaq 8 komanda - “Qarabağ”, “Qəbələ”, “Neftçi”, “Zirə”, “Sumqayıt”, “Keşlə”, “Səbail” və “Sabah” ilk turdakı rəqiblərini tanıyıb.

Nəzərinizə çatdıraq ki, 1-ci tur 11-12 avqust tarixlərində keçiriləcək.

2018/19 mövsümündə də 8 komanda dairəvi sistemlə 4 dövrədə qüvvəsini sınayacaq.

I tur

“Keşlə” – “Sabah”

“Qarabağ” – “Zirə”

“Qəbələ” – “Səbail”

“Sumqayıt” – “Neftçi”

Babək Cahandarov

Paylaş:
731

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər