FIFA referisi Əliyar Ağayev növbəti oyuna təyinat alıb
Birinci kateqoriyalı FIFA referisi Əliyar Ağayevə növbəti oyuna təyinat alıb.
AZƏRTAC AFFA-ya istinadla xəbər verir ki, azərbaycanlı referi Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində “Zalsburq” (Avstriya) – “Şkendiya” (Makedoniya) / “Şerif” (Moldova) matçını idarə edəcək. Əliyar Ağayevin başçılıq etdiyi hakimlər briqadasında Rza Məmmədov, Zeynal Zeynalov və Orxan Məmmədov yer alacaqlar.
Qeyd edək ki, Əliyar Ağayev bu oyuna təyinat almaqla qitənin ən nüfuzlu klub turnirinin qrup mərhələsində oyun idarə etmək üçün yaxşı şans əldə etmiş olub. İndiyədək ikinci kateqoriyada yer alan FIFA referisi Əliyar Ağayev birinci kateqoriyaya daxil edilib. Əliyar Ağayev birinci kateqoriyaya daxil edilən ilk azərbaycanlı hakimdir.
570