Prezident İlham Əliyev Mədəniyyət və İncəsənət Universitetinə rektor təyin edib | 1news.az | Xəbərlər
Rəsmi

Prezident İlham Əliyev Mədəniyyət və İncəsənət Universitetinə rektor təyin edib

20:17 - 30 / 07 / 2018
Prezident İlham Əliyev Mədəniyyət və İncəsənət Universitetinə rektor təyin edib

Prezident İlham Əliyev Ceyran Mahmudovanın Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru təyin edilməsi haqqında sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Ceyran Emin qızı Mahmudova Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru təyin edilsin”.

1news.az

Paylaş:
432

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər