Misirli idmançılar Bakıda “Gymbala 2018” turnirində iştirak edəcəklər | 1news.az | Xəbərlər
İdman

Misirli idmançılar Bakıda “Gymbala 2018” turnirində iştirak edəcəklər

16:35 - 01 / 08 / 2018
Misirli idmançılar Bakıda “Gymbala 2018” turnirində iştirak edəcəklər

18-19 avqust tarixlərində Azərbaycan Gimnastika Federasiyasının təşkilatıçılığı ilə “Gymbala 2018” fərdi və qrup mərhələlərində keçiriləcək beynəlxalq turnirdə Misir Ərəb Respublikasından olan 16 yaşlılardan ibarət milli gimnastika komandası iştirak edəcək.

1news.az-a Misirin ölkəmizdəki Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzindən verilən məlumata əsasən, Misirin ölkəmizdəki səfiri Adel İbrahim Azərbaycanda gimnastika sahəsində aparılan işləri yüksək qiymətləndirərək Misirin bədii gimnastika üzrə milli komandasının turnirdə iştirakını təşkil etdiyinə görə şəxsən Birinci vitse-prezident, Gimnastika Federasiyasının rəhbəri Mehriban Əliyevaya, eləcə də gənclər və idman naziri Azad Rəhimova təşəkkürünü bildirib.

Səfir Misir gimnastlarını azərbaycanlı idmançıların təcrübələrindən istifadə etməyə çağırıb.

Qeyd edək ki, bədii gimnastika üzrə Misir milli komandası 2016-2018-ci illər Afrika kubokunun sahibidir.

P.Sultanova

Paylaş:
528

Son xəbərlər

Bütün xəbərlər