UEFA Superkubok matçını idarə edəcək hakimlər məlum olub | 1news.az | Xəbərlər
Futbol

UEFA Superkubok matçını idarə edəcək hakimlər məlum olub

11:34 - 03 / 08 / 2018
UEFA Superkubok matçını idarə edəcək hakimlər məlum olub

UEFA Super Kuboku uğrunda İspaniyanın “Real Madrid” və “Atletiko Madrid” komandaları arasındakı keçiriləcək matçı idarə edəcək hakimlər məlum olub.

1news.az-ın məlumatına görə, qarşılaşmanın baş hakimi Polşa Futbol Federasiyasının təmsilçisi Szimon Marçiniak olacaq.

2017-2018-ci illər mövsümündə UEFA Çempionlar Liqasının qalibi olan “Real Madrid” ilə UEFA Avropa Liqasının çempionu “Atletiko Madrid” arasındakı görüş avqustun 15-də Estoniyanın paytaxtı Tallindəki “Lillekula” stadionunda keçiriləcək.

Oyunda baş hakimə həmyerliləri Pavel Sokolniki və Tomas Listkievicz kömək edəcəklər.

1news.az

Paylaş:
914

Son xəbərlər

Bütün xəbərlər