Orxan Camalın getdiyi ərazi MAR-ın mərkəzi orqanlarının nəzarətində olmayıb - RƏSMİ
Mərkəzi Afrika Respublikasında (MAR) qətlə yetirilmiş rusiyalı jurnalist Orxan Camal, rejissor Aleksandr Rastorquev və operator Kirill Radçenko bu ölkədəki Kanadanın Axmin Inc şirkətinə məxsus Ndassim karxanasına gedirlərmiş və bunun Rusiya ilə heç bir əlaqəsi yoxdur.
1news.az xəbər verir ki, bu barədə MAR-ın ictimai təhlükəsizlik naziri Henri Vanzet Linqusar deyib.
O bildirib ki, Afrika Intelligence nəşrində iyulun ortalarında bu yatağı Rusiya ilə birgə tədqiq etmək barədə razılığa gəlindiyini yazmışdı. Bu sahəni tədqiq etmək ideyası burdan irəli gələ bilər:
"Bu məlumat əvvəlcə inanılmaz kimi göründü, çünki həmin ərazi təhlükəlidir və MAR-ın mərkəzi orqanlarının nəzarəti altında deyil.Lakin yerli jurnalistlər bu barədə araşdırma aparıblar və aşkar ediblər ki, Ndassima mədəni Passendro Gold layihəsinin bir hissəsini təşkil edir, operator rolunda isə MAR şirkəti Aurafrique çıxış edir. Bu, Kanadan Axmin Inc-in törəmə strukturudur ".
O, kəşfiyyat üçün şirkətə lisenziyanın 2010-cu ildə verildiyini, və 2019-dək uzadıldığını deyib. Əlavə edib ki, hələlik iş aparılmır.
Nazir deyib ki, faktiki olaraq orda heç nə işləmir, orada nəyin çəkilməsinin nəzərdə tutulduğu məlum deyil, bu, informasiya açıq qalır.
P.Sultanova