“Qarabağ” BATE ilə ilk dueldən məğlub ayrıldı | 1news.az | Xəbərlər
Futbol

“Qarabağ” BATE ilə ilk dueldən məğlub ayrıldı

09:37 - 08 / 08 / 2018
“Qarabağ” BATE ilə ilk dueldən məğlub ayrıldı

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinə start verilib.

1news.az-ın məlumatına görə, turnirdə ölkəmizi təmsil edən “Qarabağ” da meydana çıxıb.

Qurban Qurbanovun yetirmələri Tofiq Bəhramov adına Respublika stadionunda Belarusun BATE klubunu qəbul ediblər.

Görüşün taleyini bir qol həll edib. Belə ki, BATE-nin oyunçusu Draqun 36-cı dəqiqədə vurduğu qolla komandasına qələbə qazandırıb.

Qeyd edək ki, komandalar arasında cavab oyunu avqustun 14-də Belarusda oynanılacaq.

“Qarabağ” - BATE cütünün qalibi pley-off-da Hollandiyanın PSV klubu ilə qarşılaşacaq.

7 avqust

Çempionlar Liqası 

3-cü təsnifat mərhələsinin ilk oyun

“Qarabağ” (Azərbaycan) - BATE (Belarus) - 0:1 
Qol: 
Draqun, 36
Hakimlər: Andreas Ekberq, Mehmet Kulum, Stefan Hallberq, Kristofer Karlsson (hamısı İsveç)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

 

1news.az

Paylaş:
560

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər