“Beşiktaş” və “Sevilya”dan qələbə, “Zenit” darmadağın oldu
UEFA Avropa Liqasında üçüncü təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulub.
1news.az-ın Qol.az-a istinadən verdiyi xəbərə görə, Avropanın müxtəlif şəhərlərində 35 qarşılaşma keçirilib.
“Şerif” öz meydanında İslandiyanın “Valyur” klubunu qəbul edib. Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. “Qarabağ” Çempionlar Liqasının III təsnifat mərhələsində BATE-ni mübarizədən kənarlaşdıra bilməsə, o zaman Avroliqanın pley-offunda məhz bu cütün qalibi ilə qarşılaşacaq.
"Beşiktaş" İstanbulda Avstriyanın LASK klubu ilə qarşılaşıb. Türkiyə təmsilçisi 1 cavabsız qolla rəqibini üstələyib. Digər Türkiyə klubu "Başakşəhər" isə doğma meydanda "Bernli" (İngiltərə) qolsuz heç-heçə edib.
Rusiyanın "Zenit" klubu səfərdə "Dinamo"ya (Minsk) 0:4 hesabı ilə uduzub.
"Sevilya" isə İspaniyada "Jalqris"dən (Litva) üstün olub - 1:0.
Avropa Liqası
Üçüncü təsnifat mərhələsi, ilk oyunlar
9 avqust
18:00. UFA (Rusiya) - "Proqres” (Lüksemburq) - 2:1
20:00. "Spartak” (Latviya) - "Suduva” (Litva) - 0:1
20:00. "Alaşkert” (Ermənistan) - ÇFR (Rumıniya) - 0:2
20:00. "Hapoel” (Hayfa, İsrail) - "Atalanta” (İtaliya) - 1:4
20:30. "Leyptsiq” (Almaniya) - "Universitatya” (Rumıniya) - 3:1
21:00. "Mariupol” (Ukrayna) - "Bordo” (Fransa) - 1:3
21:00. "Siqma” (Çexiya) - "Kayrat” (Qazaxıstan) - 2:0
21:00."Dinamo” (Minsk, Belarus) - "Zenit” (Rusiya) - 4:0
21:00. "Şturm” (Avsriya) - AEK (Kipr) - 0:2
21:00. "Trençin” (Slovakiya) - "Feyenoord” (Hollandiya) - 4:0
21:00. "Ludoqorets” (Bolqarıstan) - "Zrinski” (Bosniya və Herseqovina) - 1:0
21:00. "Hapoel” (Beer-Şeva, İsrail) - APOEL (Kipr) - 2:2
21:00. "Torpedo” (Gürcüstan) - "Kukesi” (Albaniya) - 5:2
21:00. "Şerif” (Moldova) - "Valyur” (İslandiya) - 1:0
21:00. "Apollon” (Kipr) - "Dinamo” (Brest, Belarus) - 4:0
21:20. "Yagelloniya” (Polşa) - "Gent” (Belçika) - 0:1
21:45. "Norşelland” (Danimarka) - "Partizan” (Serbiya) - 1:2
21:45. MOİK (Bolqarıstan) - "Kopenhagen” (Danimarka) - 1:2
22:00. "Vitess” (Hollandiya) – "Bazel” (İsveçrə) - 0:1
22:00. "Genk” (Belçika) - "Lex” (Polşa) - 2:0
22:00. "Olimpiakos” (Yunanıstan) - “Lütsern” (İsveçrə) - 4:0
22:00. "Olimpiya” (Sloveniya) - HİK (Finlandiya) - 3:0
22:00. "Beşiktaş” (Türkiyə) - LASK (Avstriya) - 1:0
22:00. "Başakşehir” (Türkiyə) - "Bernli” (İngiltərə) - 0:0
23:30. "Zarya” (Ukrayna) - "Braqa” (Portuqaliya) - 1:1
22:45. "Hibernian” (Şotlandiya) - “Mölde” (Norveç) - 0:0
22:45. "Spartak” (Serbiya) - "Bröndbyu” (Danimarka) - 0:2
22:45. "Sarsporq” (Norveç) - "Riyeka” (Xorvatiya) - 1:1
22:45. "Reyncers” ("Şotlandiya”) - "Maribor” (Sloveniya) - 3:1
22:45. "Kork Siti” (İrlandiya) - "Rusenborq” (Norveç) - 0:2
22:45. TNS (Uels) - “Midtyullend” (Danimarka) - 0:2
22:45. "Hayduk” (Xorvatiya) - "Styaua” (Rumıniya) - 0:0
23:00. "Legiya” (Polşa) - "Düdelanj” (Lüksemburq) - 1:2
23:05. "Slovan” (Slovakiya) - "Rapid” (Avstriya) - 2:1
23:45. "Sevilya” (İspaniya) - “Jalgiris” (Litva) - 1:0
1news.az