“Qarabağ” Çempionlar Liqasında mübarizəni dayandırdı – VİDEO | 1news.az | Xəbərlər
Futbol

“Qarabağ” Çempionlar Liqasında mübarizəni dayandırdı – VİDEO

09:15 - 15 / 08 / 2018
“Qarabağ” Çempionlar Liqasında mübarizəni dayandırdı – VİDEO

Çempionlar Liqasında  3-cü təsnifat mərhələsinin cavab oyunları keçirilib.

1news.az-ın məlumatına görə, turnirdəki yeganə təmsilçimiz “Qarabağ” da növbəti oyununa çıxıb. Ağdam klubu evdə keçirdiyi ilk matçda minimal hesabla məğlub olduğu BATE-nin qonağı olub.

Qurban Qurbanovun yetirmələri mərhələ adlamaq üçün meydana çıxsalar da buna gücləri çatmayıb. Belə ki,  görüş 1:1 hesabı ilə yekunlaşıb.

Beləliklə, iki oyunun nəticəsinə görə BATE klubuna 1:2 hesabı ilə məğlub olan “Qarabağ” komandası UEFA Çempionlar Liqasında mübarizəni dayandırıb. Ağdamlılar mübarizəyə UEFA Avropa Liqasında davam etdirəcək. UEFA Avropa Liqasında “Qarabağ” klubunun rəqibi play-off mərhələsində “Şerif” (Moldova)–“Valur” (İslandiya) duelinin qalibi olacaq.

BATE isə UEFA Çempionlar Liqasının play-off mərhələsində Hollandiyanın “PSV Eyndhoven” komandası ilə üz-üzə gələcək.

14 avqust

Çempionlar Liqası

III təsnifat mərhələsi, cavab oyunu

21:00. BATE (Belarus) – “Qarabağ” (Azərbaycan) - 1:1 
Qol: 
Mirka İvaniç, 19 (1:0), Miçel, 54 (1:1)
Qırmızı vərəqə: İnnosent Emeqara, 76 ("Qarabağ")
İlk oyun - 1:0
Hakimlər:
 Andris Treymanis, Haralds Qudermanis, Alekseys Spasyonņikovs, Aleksandrs Qolubevs (hamısı Latviya)
Borisov. “Borisov Arena”

1news.az

Paylaş:
696

Son xəbərlər

Bütün xəbərlər