Şamaxıda “ASAN xidmət” mərkəzi inşa olunacaq | 1news.az | Xəbərlər
Rəsmi

Şamaxıda “ASAN xidmət” mərkəzi inşa olunacaq

17:14 - 27 / 08 / 2018
Şamaxıda “ASAN xidmət” mərkəzi inşa olunacaq

Prezident İlham Əliyev avqustun 27-də “Şamaxı rayonunda “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisi haqqında” sərəncam imzalayıb.

1news.az xəbər verir ki, sərəncama əsasən, Şamaxı rayonunda “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.52.4-cü yarımbəndində göstərilmiş məbləğin 5 milyon manatı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə ayrılıb.

1news.az

Paylaş:
1523

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər