Prezident İlham Əliyev Gürcüstanın yeni səfirinin etimadnaməsini qəbul edib - FOTO - YENİLƏNİB | 1news.az | Xəbərlər
Rəsmi

Prezident İlham Əliyev Gürcüstanın yeni səfirinin etimadnaməsini qəbul edib - FOTO - YENİLƏNİB

13:39 - 29 / 08 / 2018
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirinin etimadnaməsini qəbul edib - FOTO - YENİLƏNİB

Azərbaycan Prezidenti İlham Əliyev avqustun 29-da Gürcüstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradzenin etimadnaməsini qəbul edib.

1news.az xəbər verir ki, səfir Zurab Pataradze fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Zurab Pataradze etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Dövlətimizin başçısı Azərbaycan ilə Gürcüstan arasında əlaqələrin zəngin tarixə malik olduğunu vurğulayaraq, dostluq münasibətlərimizin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini bildirdi. Prezident İlham Əliyev Azərbaycan ilə Gürcüstanın fəal əməkdaşlığı nəticəsində həyata keçirilən bir sıra mühüm qlobal layihələrin təkcə bölgə üçün deyil, daha geniş məkanda böyük önəm daşıdığını dedi. Dövlətimizin başçısı ölkələrimiz arasında ikitərəfli münasibətlərin bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirərək, səfirə gələcək fəaliyyətində uğurlar arzuladı.

Zurab Pataradze qeyd etdi ki, o, dost Azərbaycana səfir vəzifəsinə təyin olunmasından şərəf hissi duyur. Azərbaycanın Gürcüstan üçün mühüm strateji tərəfdaş olduğunu vurğulayan Zurab Pataradze iki ölkə arasında qardaşlıq münasibətlərinin daim möhkəmlənəcəyinə əminliyini ifadə etdi. Səfir fəaliyyəti dövründə siyasi, iqtisadi, ticarət, humanitar və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində səylərini əsirgəməcəyini bildirdi.

10:26

Azərbaycan Prezidenti İlham Əliyev avqustun 29-da Gürcüstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradzenin etimadnaməsini qəbul edib.

1news.az

Paylaş:
553

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlərBu gün, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblərBu gün, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18
Bütün xəbərlər