Mxitaryan və “Arsenal” Bakıya gəlir
Bu gün UEFA Avropa Liqasının qrup mərhələsinin püşkatma mərasimi keçirilib.
1news.az-ın məlumatına görə, Monakoda keçirilən tədbirdə 48 komanda 12 qrupa bölünüb.
“Qarabağ”ın da rəqiblərinin adı müəyyənləşib. Püşkatmanın nəticəsinə görə Ağdam təmsilçisi “Arsenal” (İngiltərə), “Sportinq” (Portuqaliya) və “Vorskla” (Ukrayna) ilə E qrupunda mübarizə aparacaq.
Püşkün nəticəsini təqdim edirik:
A qrupu
"Bayer" (Almaniya)
"Lüdoqorets" (Bolqarıstan)
"Sürix" (İsveçrə)
AEK (Larnaka, Kipr)
B qrupu
"Zaltsburq" (Avstriya)
"Seltik" (Şotlandiya)
"Leyptsiq" (Almaniya)
"Rusenborq" (Norveç)
C qrupu
"Zenit" (Rusiya)
"Kopenhagen" (Danimarka)
"Bordo" (Fransa)
"Slaviya" (Praqa, Çexiya)
D qrupu
"Anderlext" (Belçika)
"Fənərbağça" (Türkiyə)
"Dinamo" (Zaqreb, Xorvatiya)
"Spartak" (Trnava, Slovakiya)
E qrupu
"Arsenal" (İngiltərə)
"Sportinq" (Lissabon, Portuqaliya)
"Qarabağ" (Azərbaycan)
"Vorskla" (Poltava, Ukrayna)
F qrupu
"Olimpiakos" (Yunanıstan)
"Milan" (İtaliya)
"Betis" (İspaniya)
"Düdelanj" (Lüksemburq)
G qrupu
"Vilyarreal" (İspaniya)
"Rapid" (Vyana, Avstriya)
"Spartak" (Moskva, Rusiya)
"Reyncers" (Şotlandiya)
H qrupu
"Latsio" (İtaliya)
"Marsel" (Fransa)
"Ayntraxt" (Frankfurt, Almaniya)
"Apollon" (Kipr)
I qrupu
"Beşiktaş" (Türkiyə)
"Genk" (Belçika)
"Malmö" (İsveç)
"Sarpsborq" (Norveç)
J qrupu
"Sevilya" (İspaniya)
"Krasnodar" (Rusiya)
"Standard" (Lyej, Belçika)
"Akhisar Belediyespor" (Türkiyə)
K qrupu
"Dinamo" (Kiyev, Ukrayna)
"Astana" (Qazaxıstan)
"Renn" (Fransa)
"Yablonets" (Çexiya)
L qrupu
"Çelsi" (İngiltərə)
PAOK (Yunanıstan)
BATE (Borisov, Belarus)
"Videoton" (Macarıstan)
1news.az