İlham Əliyev Pakistanın yeni seçilmiş prezidentini təbrik edib | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev Pakistanın yeni seçilmiş prezidentini təbrik edib

15:22 - 05 / 09 / 2018
İlham Əliyev Pakistanın yeni seçilmiş prezidentini təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının yeni seçilmiş prezidenti Arif Alvini təbrik edib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, təbrikdə deyilir:

Hörmətli cənab Alvi,

Pakistan İslam Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan-Pakistan münasibətləri xoş ənənələrə malikdir. Qardaş xalqlarımızın iradəsindən qaynaqlanan dövlətlərarası münasibətlərimizin hazırkı yüksək səviyyəsi bu ənənələri bariz şəkildə ifadə edir.

İnanıram ki, strateji tərəfdaşlığımızın qorunub saxlanması və daha da möhkəmləndirilməsi, qarşılıqlı etimad və dəstəyə əsaslanan əməkdaşlığımızın bundan sonra da müvəffəqiyyətlə davam etdirilməsi yolunda birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Pakistan xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm”.

S.Xankişiyeva

 

 

Paylaş:
580

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər