İlham Əliyev: Xorvatiya və Azərbaycan sözün əsl mənasında strateji tərəfdaşlardır - FOTO | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev: Xorvatiya və Azərbaycan sözün əsl mənasında strateji tərəfdaşlardır - FOTO

16:50 - 06 / 09 / 2018
İlham Əliyev: Xorvatiya və Azərbaycan sözün əsl mənasında strateji tərəfdaşlardır - FOTO

Sentyabrın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç mətbuata bəyanatlarla çıxış ediblər.

1news.az informasiya agentliyinin Xorvatiyaya ezam olunmuş xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev öz çıxışında ölkələrimizin sözün əsl mənasında strateji tərəfdaş olduqlarını vurğuladı.

Prezident İlham Əliyev xanım Kolinda Qrabar-Kitaroviçə qonaqpərvərliyə görə dərin təşəkkürünü bildirərək, qeyd etdi ki, Xorvatiyaya yenidən səfər etmək onun üçün çox xoşdur.

Dövlətimizin başçısı Azərbaycan ilə Xorvatiya arasında siyasi dialoqunun çox fəal aparılmasına diqqət yetirdi. O, iki il bundan əvvəl xanım Kolinda Qrabar-Kitaroviçin Azərbaycana rəsmi səfərini xatırlayaraq, səfərin çox uğurlu keçməsini və çox gözəl nəticələrinin olduğunu vurğuladı.

Keçən il xanım Kolinda Qrabar-Kitaroviç ilə bir beynəlxalq konfrans çərçivəsində görüşdüyünü və Xorvatiyaya hazırki səfərini xatırlayaraq, Prezident İlham Əliyev qeyd etdi ki, bu tərəflər arasında siyasi dialoqun çox fəal keçməsini və Xorvatiya ilə Azərbaycanın doğurdan da strateji tərəfdaşlar olmasını göstərir.

Prezident İlham Əliyev iki ölkə arasında strateji tərəfdaşlıq əlaqələrinin genişlənməsini, güclənməsini vurğuladı.

O, bu gün bir çox məsələlər müzakirə olunduğunu qeyd etdi və Azərbaycanın Xorvatiya ilə daha böyük həcmdə ticarət əməliyyatları aparmaq marağında olduğunu diqqətə çatdırdı.

Dövlət başçısı qeyd etdi ki, ticarət dövriyyəsinin nə həcmi, nə də strukturu bizi qane edə bilməz. O, vurğuladı ki, hökumətlərarası komissiya bu məsələlərlə bağlı çox ciddi fəaliyyət göstərəcək və yaxın zamanlarda həm ticarət dövriyyəsinin artırılması, eyni zamanda müştərək investisiya layihələri icra ediləcək.

Prezident İlham Əliyev tərəflərin energetika sahəsində əməkdaşlığınin çox önəmli olduğunu qeyd etdi. O, Azərbaycanın Cənub Qaz Dəhlizinin icrası ilə çox fəal məşğul olduğunu bildirdi. Prezident İlham Əliyev bu, nəhəng layihə üzrə görüşlərin keçirilməsini diqqətə çatdırdı. Bu layihə 7 ölkəni birləşdirir, 3500 km uzunluğunda Bakıdan Avropaya qədər qaz kəmərinin çəkilişini nəzərdə tutur. Və Azərbaycanın nəhəng “Şahdəniz” yatağının işlənməsini nəzərdə tutur.

Prezident İlham Əliyev vurğuladı ki, dörd seqmentdən ibarət olan bu layihə uğurla icra edilir. Bu ilin mayında Cənub Qaz Dəhlizinin rəsmi açılışını, iyun ayında isə TANAP layihəsinin açılışını qeyd etdi.

Dövlət başçısı yaxın iki il ərzində Azərbaycan qazının ilk dəfə olaraq Avropa məkanına çatdırılacağına, beləliklə, Avropanın enerji təhlükəsizliyinə növbəti töhfə veriləcəyinə və Azərbaycan öz qaz potensialını daha da böyük həcmdə dünyaya, Avropaya təqdim edəcəyinə əmin olduğunu bildirdi.

Prezident İlham Əliyev Xorvatiya ilə bu sahədəki əməkdaşlığının çox önəmli olduğunu bildirdi.

Bakıda dörd il ardıcıllıqla Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının toplantıları keçirilməsini və Xorvatiyanın bu toplantılarda yüksək səviyyədə təmsil olunduğunu diqqətə çatdıraraq,  Prezident İlham Əliyev tərəflər arasında bu məsələ ilə bağlı memorandumun imzalanmasını qeyd etdi. O, İonik-Adriatik qaz kəmərinin tikintisi ilə bağlı çox əhəmiyyətli danışıqların aparılmasını da diqqətə çatdırdı.

Prezident İlham Əliyev Azərbaycanın qaz ehtiyatlarının çox böyük olmasını, təsdiq edilmiş qaz ehtiyatlarının 2,6 trilyon kubmetr olduğunu diqqətə çatdırdı. Onun sözlərinə görə, bu onu göstərir ki, ölkə qaz hasilatının artırılması ilə bağlı əlavə addımlar atmaq və ixrac coğrafiyasını da genişləndirmək fikrindədir.

Dövlət başçısı Avropa İttifaqı - Azərbaycan əlaqələrinin uğurla inkişaf etdiyini deyib.

O, bu ilin iyun ayında Brüsseldə Avropa İttifaqı ilə Azərbaycan arasında “Tərəfdaşlıq prioritetləri” sənədi imzalanmasını qeyd edərək, bunun yeni sazişin imzalanması üçün çox önəmli addım olmasını vurğuladı.

Prezident İlham Əliyev diqqətə çatdırdı ki, hal-hazırda Avropa İttifaqı ilə Azərbaycan yeni saziş üzərində işləyir. Onun sözlərinə görə, işlər yaxşı gedir və Xorvatiya həmişə Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığını dəstəkləmiş və öz dəyərli töhfəsini vermişdir.

Dövlət başçısı onu da qeyd etdi ki, Avropa İttifaqı ilə Azərbaycanın əlaqələri bir çox sahələri əhatə edir - siyasi sahə, iqtisadi əməkdaşlıq, enerji əməkdaşlığı və nəqliyyat sahəsindəki əməkdaşlıq. Bu sahədə də Azərbaycan öz töhfəsini verir.

Keçən ilin oktyabr ayında Bakıda Bakı-Tbilisi-Qars dəmiryolunun rəsmi açılışını xatırlayaraq, Prezident İlham Əliyev bu yolun nəinki Azərbaycanla Türkiyəni birləşdirilməsini, onun, Asiyanı Avropa ilə birləşdirən yeni yol, yeni nəqliyyat damar adlandırdı. O, qeyd etdi ki, bu, ən qısa yoldur və bu yol artıq fəaliyyətdədir. Hər gün göndərilən yüklərin həcmi artır və Azərbaycan Avrasiyanın nəqliyyat siyasətinə də öz dəyərli töhfəsini vermişdir.

Dövlət başçısı bunun çox gözəl nəqliyyat və iqtisadi layihə olduğuna görə Azərbaycanın tərəfdaşlarının bu yoldan da istifadə edə biləcəklərinə ümidvar olduğunu bildirdi.

Prezident İlham Əliyev Azərbaycanın NATO ilə əməkdaşlığının yüksək səviyyədə olduğunu bildirib.

Prezident qeyd etdi ki, onun NATO-ya çoxsaylı rəsmi səfərləri olmuşdur və yaxın keçmişdə Azərbaycan Əfqanıstanda “Qətiyyətli dəstək” missiyasındakı öz hərbi kontingentinin sayının artırılması ilə bağlı qərar qəbul etmişdi.

Artıq 120 azərbaycanlı hərbçi Əfqanıstanda xidmət göstərir. Eyni zamanda, Qətiyyətli Dəstək missiyasının təmin edilməsi üçün Azərbaycan öz hava məkanını və nəqliyyatını təqdim edir, bu da missiyanın uğurla davam etməsi üçün çox önəmli mərhələdir.

Prezident İlham Əliyev vurğuladı ki, həm Avroatlantik strukturlarla əlaqələrimiz, həm ikitərəfli müstəvidə aparılan işlər onu göstərir ki, Xorvatiya və Azərbaycan sözün əsl mənasında strateji tərəfdaşlardır.

O, bu gün xanım Kolinda Qrabar-Kitaroviçlə bir çox sahələrdə gələcək əməkdaşlıq haqqında fikir mübadiləsinin aparıldığını diqqətə çatdırdı. Əczaçılıq, kənd təsərrüfatı, kənd təsərrüfatı məhsullarının emalı, gəmiqayırma  sahəsində, bütün istiqamətlər üzrə yaxşı nəticələrin olmasına əmin olduğunu vurğuladı.

Prezidentin müvafiq göstərişlərin verilməsinə və müştərək hökumətlərarası komissiyanın bu göstərişləri vaxtı-vaxtında və yüksək səviyyədə icra etməsinə əmin olduğunu bildirdi.

Prezident İlham Əliyev bir daha Xorvatiyanin prezidentinə, göstərilən qonaqpərvərliyə, dəvətə görə dərin minnətdarlığını bildirərək, dost Xorvatiya xalqına daim tərəqqi, xoşbəxtlik arzuladı.

1news.az

Paylaş:
753

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlərBu gün, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblərBu gün, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18
Bütün xəbərlər