İlham Əliyev Çexiyanın sənaye və ticarət nazirini qəbul edib - YENİLƏNİB | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev Çexiyanın sənaye və ticarət nazirini qəbul edib - YENİLƏNİB

15:07 - 12 / 09 / 2018
İlham Əliyev Çexiyanın sənaye və ticarət nazirini qəbul edib - YENİLƏNİB

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 12-də Çex Respublikasının sənaye və ticarət naziri xanım Marta Novakovanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

1news.az xəbər verir ki, Çex Respublikasının Prezidenti Miloş Zemanın Azərbaycana səfərini məmnunluqla xatırlayan Prezident İlham Əliyev həmin səfərdən ötən dövr ərzində ikitərəfli münasibətlərimizin uğurla inkişaf etdiyini dedi. Ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə inkişafının razılıq doğurduğunu qeyd edən dövlətimizin başçısı ticarət dövriyyəsinin artdığını vurğuladı, iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi üçün əlavə imkanların müəyyənləşdirilməsinin zəruriliyini bildirdi. İqtisadi tərəfdaşlığın geniş gündəliyə malik olduğunu, bir sıra Çex şirkətlərinin Azərbaycanda uğurla fəaliyyət göstərdiklərini vurğulayan Prezident İlham Əliyev ölkələrimiz arasında ticarət, investisiya sahələrində əməkdaşlığın genişləndirilməsinin önəmini qeyd etdi.

Başçılıq etdiyi nümayəndə heyətinə çexiyalı iş adamlarının daxil olduğunu deyən nazir xanım Marta Novakova bu gün Bakıda keçiriləcək Azərbaycan-Çexiya biznes forumunun əhəmiyyətini qeyd etdi və bu tədbirin iki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi işinə töhfə verəcəyinə əminliyini ifadə etdi.

Söhbət zamanı sənaye, infrastruktur, avtomobil sənayesi, kənd təsərrüfatı, turizm sahələrində əməkdaşlıqla bağlı məsələlər müzakirə edildi.

1news.az

11:51

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 12-də Çex Respublikasının sənaye və ticarət naziri xanım Marta Novakovanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

1news.az

Paylaş:
457

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlərBu gün, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblərBu gün, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18
Bütün xəbərlər