Prezident İlham Əliyev TOTAL şirkətinin baş icraçı direktorunu qəbul edib | 1news.az | Xəbərlər
Rəsmi

Prezident İlham Əliyev TOTAL şirkətinin baş icraçı direktorunu qəbul edib

15:20 - 14 / 09 / 2018
Prezident İlham Əliyev TOTAL şirkətinin baş icraçı direktorunu qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 14-də TOTAL şirkətinin baş icraçı direktoru Patrik Puyaneni qəbul edib.

1news.az xəbər verir ki, görüş zamanı TOTAL şirkəti ilə SOCAR arasında neft-qaz sahəsində əməkdaşlığın perspektivləri, “Abşeron” yatağının birgə işlənilməsi çərçivəsində hazırkı işlərin gedişi, neft-qaz strukturunda digər yataqların birgə işlənilməsi imkanları ilə bağlı məsələlər müzakirə edildi.

1news.az

Paylaş:
616

Son xəbərlər

Bütün xəbərlər