Azərbaycan Millətlər Liqasında: Maltada sönük oyun, Farerə səfərdən gözləntilər
Azərbaycan futbol yığmasının Millətlər Liqasında 2 turdan sonra 2 xal qazanması hələ də geniş müzakirə mövzusudur.
Bu, sentyabrın 20-də Bakıda keçiriləcək 32-ci cüdo üzrə dünya çempionatına qədər belə olacaq. Lakin oktyabrın 11-də farerlərlə keçiriləcək səfər oyunu zamanı millimizin ətrafında gərginlik yenidən alovlanacaq.
Millətlər Liqasında keçirilən ilk 2 oyunun yekunlarını analiz edərkən komandamızdan bu nəticəni heç kəs gözləmirdi.
Oyunla bağlı öz təəssüratlarını milli futbolumuzun veteranları bölüşüb:
Oqtay Abdullayev – “Turan-Tovuz” futbol klubunun Müşahidə Şurasının rəhbəri.
- Əlbəttə ki, Millətlər Liqasında azərbaycanlıları hər iki oyununun şahidi oldum. Nə demək olar? Gördüklərim gözlədiklərimdən tam fərqli oldu. Kosovo və Malta yığması haqqında nə söylənsə də, biz qalib gəlməli idik.
Düşünürəm ki, Azərbaycan yığmasının heç bir məşqçisi karyerasına Millətlər Liqası kimi bu cür irimiqyaslı turnirlə başlamayıb. Qurban Qurbanovun üzərinə ağır məsuliyyət düşür. Bu, əlbəttə ki, yığmanın oyununa da öz təsirini göstərdi.
- Millətkər Liqası haqqında böyük məsuliyyət kimi danışırsınız. Əcnəbi mütəxxəsislər isə başqa cür düşünür. Əgər xal itirmək komandanı dünya çempionatı və Avropaya ezam olunmaqdan məhrum etmirsə, öz istəyin kimi oynamaq, eksperminet aparmaq, yaxın ehtiyatı yoxlamaq və s kimi. Buradan İspaniya-Xorvatiyanın 6:0 oyunu, islandiyalılarla Belçikanın 0:3 ev sahibliyi oyununu misal göstərmək olar. Bir sözlə, hər kəs məsuliyyətin yükünü anlamır.
- Nə qədər insan varsa, o qədər də fikirlər var. Bu gün kimsə Millətlər Liqasında nəhəng perspektivlər görür, digərləri isə yox. Mübahisələr əbəsdir.
- İlk mundial 1910-cu ildə Uruqvayda 13 komandanın iştirakı ilə baş tutub. Burada avropalılar oynamaqdan imtina edirdi. Belə ki, yol uzun idi. Nəticədə, FİFA-nın o zamankı rəhbəri Jülye Rimin təkidi ilə mundialda 4 ölkənin – Fransa, Belçika, Ruminya və Yuqoslaviya oynamağa razılıq verir.
- Siz özünüz sualı cavablandırdınız. İndi bu gülməli səslənsə də, fakt faktdır: insanları dünya çempionatında iştirak etməyə israr ediblər. Seçmə turu olmadan, püşkatma olmadan, sadəcə gəl və iştirak et.
Təxminən bu cür ssenari – Avropa Çempionluğu Kuboku, Kubokların Kuboku və UEFA Kuboku kimi beynəlxalq yarışlarda da olub.
- Bir sözlə, insanlar Milətlər Liqasının uğuruna şübhə edir. Siz tarixi xatırltmağı tövsiyyə edirsiniz?
- Bəli, təkid edirəm.
-Yığmamıza qayıdaq. Kosovo və Malta yığması ilə oyun zamanı hansı taktiki səhvlərə yol verilib?
- Bunu söyləmək çətindir. Mənim mərkəzdəki oyunla bağlı komandanın iştirakı xoşuma gəlmədi. Yarımmüdafiəçilər mərkəzdə ötməni təşkil etməli, hücuma hazırlaşmalıdırlar. Lakin nə Bakıda, nə Maltada bunun şahidi olmadım.
Ümid edirəm ki, Qurban Qurbanov bu məqamlara Farer yığması ilə oyun zamanı nəzərə alacaq.
Şahin Diniyev – Azərbaycan yığmasının eks-məşqçisi.
- Kosovo ilə Malta oyununda təəssüratlarım çoxdur. Lakin hisslərimi sözlərlə ifadə etmək çətindir. Qısacası, məyus oldum. Yığmamızdan gözləntilərim başqa idi.
- Bəs nə baş verdi?
- Anlamıram ki, niyə nəsə düz getmədi. Bu gün bir çoxları Qurabovun yığmanın tərkibini seçməsindən, taksitasından və fiziki cəhətdən hazırlıqsızlardan danışır. Düşünrəm ki, həqiqət ortalardadır.
Zənnimcə, Qurbanov yığmanın tərkibini seçərkən səhvlərə yol verməyib. Hər iki oyunda ölkənin futbol həyatında ən yaxşı futbolçular iştirak edib. Onların hər birinin bacarığından aşağı səviyyədə oynaması isə başqa məsələdir.
- Deyilənlərə görə, Qurban Qurbanov Millətlər Liqasında uğursuz başlanğıcla bağlı istənilən sualı sərt qəbul edir.
- Onu sərt mühakimə etməyin, hər şey keçəcək. Başa düşürsünüz, məşqçilik karyerası müddətində Qurbanov klubla çalışıb. O, yığma ilə işə hazır deyil hələ. Burada məsuliyyət min dəfə artıqdır.
Kobud desək, “Qarabağ”ın rəhbəri olarkən o, yalnız bir klubun azarkeşləri qarşısınıda hesabat verirdi. Milli komanda ilə bağlı isə Qurabnov Azərbaycandakı bütün idman sevərlər qarşısında məsuluyyət daşıyır. Razılaşın, fərq çox böyükdür.
Yeri gəlmişkən, Ağdamda karyerasının ilk başlanğıcı zamanı da Qurbanov tənqidlərə həssas yanaşırdı. Lakin sonra uyğunlaşdı. İllər keçdi, “Qarabağ” Qurbanovun rəhbərliyi ilə ölkənin ən yaxşı klubuna çevrildi. Klub bir neçə mövsüm Avropa klublarında çıxış edib, həmçinin Azərbaycan tarixində ilk dəfə Çempionlar Liqasına yüksəlib. Əlbəttə ki, uğurlu klub məşqçisi olaraq tənqidləri unutmuşdu.
Tənqid başqa şeydir. Konstruktiv tənqid başqa məsələdir, jurnalistlərin materialı gurultulu başlıqla verməsi başqa məsələ. Birincidə həqiqət birlikdə axtarılır, digərində isə baltanı sümüyə saplamaqdır. Bu, düzgün deyil.
- Farer yığması ilə gözləntiləriniz nədir?
- Farer adaları ilə görüşdən 3 xal qazanmaq olar. Həmin oyunda hansı tərkiblə çıxacağımız hələ bilinmir. Ən əsası onlar öz güclərinə inansın və meydana qələbəyə köklənərək çıxsınlar.
Ağasəlim Mircavadov – Şöhrət” ordenini sahibi, Azərbaycan yığmasının sabiq
- Millətlər Liqasının startı ərəfəsində Azərbaycan yığmasında yeni tandem – Mahir Mədətov və Ramil Şeydayevi görmək istəyirdim. Bunlar iki gənc və istedadlı futbolçulardır. Əgər onlar ümumi dil tapsaydı istənilən müdafiəni nümayiş etdirə bilərdirlər. Təəssüflər olsun ki, onlardan heç biri meydanda öz istedadını göstərə bilmədi.
- Futbolçulaırmızın qalib gəlməsi üçün nə çatışmırdı?
- Azərbaycan yığmasında oyunçuluq çatışmırdı. Müdafiədən hücuma uzun keçid vardı. Oyunçularımız topu geri oynmasını xatırlatmıram.
- Maltalılarla oyunun 70%-də topa nəzarət edirdik. Bu nəyin göstəricisidir?
- Statistika nəticələr çıxarmağa imkan verir. Lakin bu gösətirici çox az şeydən xəbər verir.
Misal üçün, İspaniyanın “Barselona” klubu yaxın zamanlarda autsayderlərlə oyun zamanı topa nəzarətdən 76% uduzdu.
Küncdən və qapıya zərbələr başqa məsələdir. Bu göstəricilərlə tanış olduqdan sonra oyunun gedişatını təxmini anlaya bilərsiniz. Malta ilə oyunun statistikası bizim xeyrimizə olmadı.
- Farer yığması ilə oyun zamanı millimiz qələbə qazana biləcəkmi?
- Əlbəttə ki, bacarar. Biz dünya çempinlarından bəhs etmirik, farerlərə əlbəttə ki, qələbə qazanmalıdır. Düşünürəm ki, Azərbaycan yığması Farer klubunu udmalıdır. Başqa fikir ola bilməz.
Xatırladaq ki, 2 turdan sonra qrupumuzda vəziyyət belə idi:
1) Kosovo – 4 xal;
2) Farerlər – 3 xal;
3) Azərbaycan – 2 xal;
4) Malta – 1 xal.
Azərbaycan millisi Maltadan sülhlə dönür - FOTO - VİDEO
Azərbaycan yığması Maltaya qələbə qazanmaq üçün yollanıb – FOTO – VİDEO
Millətlər Liqası: Azərbaycan Maltaya qarşı
Tərcümə: S.Xankişiyeva