İlham Əliyev bir sıra ölkələrin parlament rəhbərlərini qəbul edib – FOTO   | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev bir sıra ölkələrin parlament rəhbərlərini qəbul edib – FOTO  

17:31 - 20 / 09 / 2018
İlham Əliyev bir sıra ölkələrin parlament rəhbərlərini qəbul edib – FOTO  

Sentyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçiriləcək təntənəli iclasda iştirak etmək üçün ölkəmizə səfərə gələn Cibuti Milli Assambleyasının sədri Məhəmməd Əli Humədi, Oman Sultanlığı Dövlət Şurasının sədri Yahya bin Məhfuz Əl-Munzirini, Küveyt Millət Məclisinin sədri Mərzuq Əli əl-Ğanimi, Pakistan Senatının sədri Məhəmməd Sadiq Səncarini, Bolqarıstan Milli Assambleyasının sədri xanım Tsveta Karayançevanı, Qırğızıstan Joqorku Keneşinin sədri Dastanbek Cumabekovu, Misir Nümayəndələr Palatası sədrinin birinci müavini Mahmud Əhməd Şərifi və ATƏT Parlament Assambleyasının prezidenti George Tseretelini qəbul edib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, dövlətimizin başçısı, ilk növbədə, Azərbaycan parlamentinin yaradılmasının 100 illiyi münasibətilə keçirilən tədbirin önəmini vurğuladı və bu tədbirdə iştirak etmək üçün ölkəmizə səfərə gələn qonaqlara təşəkkür etdi.

Dost ölkələrin nümayəndələrinin bu tədbirdə təmsil olunmasını ölkələrimiz arasında tərəfdaşlıq münasibətlərinin nümayişi kimi dəyərləndirən Prezident İlham Əliyev onların təmsil etdikləri ölkələrə səfərlərini məmnunluqla xatırladı. Dövlətimizin başçısı bildirdi ki, ölkələrimiz arasında ikitərəfli münasibətlər çox yaxşı səviyyədədir və əlaqələrimiz müxtəlif sahələri əhatə edir. Prezident İlham Əliyev dedi ki, qonaqların ölkəmizə bu səfəri onların həm Azərbaycanla yaxından tanış olmaları üçün yaxşı imkan yaradacaq, həm də parlamentlərarası əməkdaşlığın genişləndirilməsi işinə öz töhfəsini verəcək.

Küveyt Millət Məclisinin sədri Mərzuq Əli əl-Ğanim Küveyt Dövlətinin Əmiri Sabah əl-Əhməd əl-Cabir əl-Sabahın salamlarını dövlətimizin başçısına çatdırdı. O, tədbirdə şəxsən Küveyt Dövlətinin Əmiri Sabah əl-Əhməd əl-Cabir əl-Sabahın tapşırığı ilə iştirak etdiyini dedi. Mərzuq Əli əl-Ğanim Bakıya birinci dəfə səfər etdiyini vurğulayaraq bildirdi ki, paytaxtımıza gəldiyi ilk andan şəhərdəki gözəllik və inkişaf onlarda böyük təəssürat yaradıb. O, əminliklə bildirdi ki, bu cür tədbirlər parlamentlərarası əməkdaşlığın daha da möhkəmləndirilməsi, eyni zamanda, digər ölkələrin və xalqların Azərbaycanla daha da yaxınlaşması işinə xidmət edir. Küveytli qonaq Prezident İlham Əliyevə və Azərbaycan xalqına ən xoş arzularını çatdırdı. O, ölkəmizə məmnunluqla yenidən səfər edəcəklərinə ümidvar olduqlarını bildirdi.

Prezident İlham Əliyev Azərbaycanın beynəlxalq aləmdə fəal əməkdaşlıq həyata keçirdiyini və ölkəmizin dostlarının sayının gündən-günə artdığını vurğuladı.

Dövlətimizin başçısı Küveyt Dövlətinin Əmiri Sabah əl-Əhməd əl-Cabir əl-Sabahın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Küveyt dövlətinin başçısına çatdırmağı xahiş etdi.

Sonda xatirə şəkli çəkdirildi.

S.Xankişiyeva

 

Paylaş:
696

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlərBu gün, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblərBu gün, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18
Bütün xəbərlər