Kasilyas doğum günü olan həmyerlimizi belə təbrik etdi – VİDEO
Bu gün “Qarabağ” klubunun tərcüməçisi Elvar Quliyevin doğum günüdür.
1news.az-ın məlumatına görə, dostları və yaxınları əlamətdar gün münasibətilə onu təbrik edərək ən xoş arzularını çatdırıblar.
Əcnəbi dostları da Elvarı əziz gündə yaddan çıxartmayıblar. Onlardan ən çox diqqət çəkən şəxs isə dünyanın ən yaxşı qapıçılarından sayılan, uzun müddət İspaniya yığmasının və “Real”ın şərəfini qorumuş, hazırda isə “Portu”nun uğurları üçün çalışan İker Kasilyasdır.
Öz növbəsində E.Quliyev Kasilyasın onu təbrik etməsinə bu cür münasibət bildirib:
“Futbol tarixinin ən yaxşı qapıçılarindan birinin (mənim üçün 1-ci) səni ad günü münasibətilə təbrik etməsi görəsən nece hisdi?! Gözlərimə və qulaqlarıma hələ də inana bilmirəm. Dostlar sağ olsun!”
Qeyd edək ki, Azərbaycan Dövlət Dillər Universietinin məzunu olan Elvar 2004-cü ildən futbol təsərrüfatımızda çalışır. İspan, portuqal, ingilis dillərini bilən 35 yaşlı Quliyev ilk olaraq "Bakı"da çalışıb. Ancaq o, 10 ilə yaxın işlədiyi "Xəzər Lənkəran"dan daha çox tanınıb. Keçən ilin əvvəlində isə Əfqan Xəlillinin yerinə “Qarabağ” klubunda tərcüməçi kimi işə başlayıb.
1news.az