Ronaldo ilk dəfə qırmızı aldı, uşaq kimi ağladı – VİDEO | 1news.az | Xəbərlər
Futbol

Ronaldo ilk dəfə qırmızı aldı, uşaq kimi ağladı – VİDEO

11:40 - 20 / 09 / 2018
Ronaldo ilk dəfə qırmızı aldı, uşaq kimi ağladı – VİDEO

İtaliyanın “Yuventus” klubunun futbolçusu Kriştianu Ronaldo karyerasında ilk dəfə Çempionlar Liqasında qırmızı vərəqə alıb.

1news.az-ın məlumatına görə, bu, dünən axşam “Valensiya” ilə keçirilən oyunda baş verib.

Belə ki, portuqaliyalı hücumçunun matçın 29-cu dəqiqəsində rəqib futbolçu Ceyson Murilona qarşı kobud oynamasını görüşün hakimi Feliks Brix ona bağışlamayıb və ona  birbaşa qırmızı vərəqə göstərib.

Bunu gözləməyən 33 yaşlı futbolçu meydanı tərk edərkən göz yaşlarını saxlaya bilməyib.

Qeyd edək ki, bu, Ronaldonun “Yuventus”la ilk ÇL matçı idi.

Görüş isə “Yuventus”un 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

1news.az

Paylaş:
5733

Son xəbərlər

Bütün xəbərlər