İlham Əliyev Binəli Yıldırımla görüşüb – FOTO – YENİLƏNİB | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev Binəli Yıldırımla görüşüb – FOTO – YENİLƏNİB

14:37 - 21 / 09 / 2018
İlham Əliyev Binəli Yıldırımla görüşüb – FOTO – YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 21-də Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırımla görüşüb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, dövlətimizin başçısı Azərbaycan parlamentinin yaradılmasının 100 illiyi münasibətilə keçirilən təntənəli iclasda iştirakına görə Binəli Yıldırıma təşəkkürünü bildirdi.

Binəli Yıldırımın parlament sədri kimi də ilk rəsmi səfərini Azərbaycana etməsinin önəmini qeyd edən Prezident İlham Əliyev onun yenidən ölkəmizə səfərindən məmnunluğunu bildirdi.

Görüşdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu yaxınlarda Azərbaycana səfəri xatırlandı və Bakının işğaldan azad edilməsinin 100 illiyi münasibətilə keçirilən möhtəşəm parad ölkələrimiz arasında dostluğun və qardaşlığın parlaq nümunəsi kimi dəyərləndirildi.

Söhbət zamanı Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün istiqamətlərdə, o cümlədən parlamentlərarası əməkdaşlıq sahəsində uğurla inkişaf etdiyi bildirildi, əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə və genişlənəcəyinə əminlik ifadə olundu.

Görüşdə Milli Məclisin sədri Oqtay Əsədov iştirak edirdi.

13:12

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 21-də Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım ilə görüşüb.

1news.az xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidmətindən məlumat veriblər.

 

 

Paylaş:
634

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlərBu gün, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblərBu gün, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18
Bütün xəbərlər