Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatında yarımfinal qarşılaşmasına baxıb - FOTO | 1news.az | Xəbərlər
Rəsmi

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatında yarımfinal qarşılaşmasına baxıb - FOTO

19:48 - 22 / 09 / 2018
Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatında yarımfinal qarşılaşmasına baxıb - FOTO

Bakıda cüdo üzrə dünya çempionatı davam edir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ailə üzvləri sentyabrın 22-də Milli Gimnastika arenasında keçirilən yarışları izləyiblər.

Çempionatın üçüncü günündə də yarışlar gərgin idman mübarizəsi şəraitində keçib. Cüdoçularımızdan yalnız 73 kiloqram çəki dərəcəsində Hidayət Heydərov yarımfinala qədər addımlaya bilib. İraqlı Sajjad Sehenlə qarşılaşan və onu ipponla məğlub edərək 1/16 finala vəsiqə qazanan idmançımız bu mərhələdə Monako idmançısı Sedrik Bessinə yenə də ipponla qalib gəlib. Növbəti mərhələdə tacikistanlı Bəhruzi Xocazodaya qalib gələn cüdoçumuz çempionatın 1/4 finalına vəsiqə qazanıb. Bu mərhələdə də rəqibindən üstün olan Hidayət Heydərov Monqolustan idmançısı Odbayar Qanbaatarı məğlub edib. Bununla da Bakıda keçirilən cüdo üzrə dünya çempionatında yarımfinala vəsiqə qazanan ilk Azərbaycan idmançısı Hidayət Heydərov olub. O, bu mərhələdə Yaponiya idmançısı Haşimito Soiçi ilə qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən görüşdə 21 yaşlı idmançımız Hidayət Heydərov məğlub olsa da, üçüncü yer uğrunda mübarizədə monqolustanlı rəqibi Tsoqtbaatar Tsend-Oçirə qalib gəlib. Beləliklə, Avropa çempionu və IV İslam Həmrəyliyi Oyunlarının qalibi olan Hidayət Heydərov dünya çempionatını üçüncü pillədə başa vurub.

Qeyd edək ki, 125 ölkənin iştirak etdiyi cüdo üzrə dünya çempionatında 460 kişi və 298 qadın idmançı mübarizə aparır.

President.az

Paylaş:
885

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlərBu gün, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblərBu gün, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18
Bütün xəbərlər