Bakı tamaşaçılarını heyran edən 17 yaşlı ukraynalı dünya çempionu – FOTO
Artıq neçə gündür Bakıda cüdo üzrə dünya çempionatı keçirilir.
1news.az-ın verdiyi xəbərə görə, artıq dörd kateqoriya üzrə qadın və kişi idmançıların qalibləri açıqlanıb.
Məlum olduğu kimi, Azərbaycanın aktivində yalnız bir bürünc medal var. Onu 73 kq çəki dərəcəsində Hidayət Heydərov qazanıb.
Həmçinin Bakıda keçirilən çempionatda özünəməxsus rekord da qeydə alınıb. Ukraynadan olan Darya Beloded (48 kq) adlı xanım cüdo tarixində ən gənc dünya çempionu adını qazanıb. Qızıl medal qazanan zaman Belodedin həmin gün 17 yaşı tamam olub və 345 gün. Ondan əvvəlki rekord yapon Roko Taniyə (18 yaş və 27 gün) məxsusudur.
“Bu gün dünya çempionu oldum. Hələ də buna inana bilmirəm. Mənə azarkeşlik edən hər kəsə təşəkkürümü bildirmək istəyirəm. Sizin dəstəyinizi hiss etdim, bu, çox xoş idi. Hər zaman yanımda olan sevimli valideynlərimə, məşqçilərimə də minnətdaram”, - deyə Beloded Instagram hesabında yazıb.
Lakin Darya izləyicilərini böyük uğur qazanmadan öncə də sevindirirdi. Ona modellik karyerasını təklif olunsa da, atası – cüdo üzrə Avropa çempionu Qennadiy Beloded bunun əleyhinə olub. Qızı idmanda ad qazanmış atasının ümidlərini doğrultdu. Lakin Instagram-da model kimi böyük uğurlar qazana biləcək gənc cüdoçunun şəkilləri gözoxşayır.
Tərcümə: S.Xankişiyeva