Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünün vaxtı açıqlandı | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünün vaxtı açıqlandı

10:10 - 24 / 09 / 2018
Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünün vaxtı açıqlandı

BMT Baş Assambleyasının 73-cü sessiyasında iştirak edən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında görüş 26 sentyabrda Nyu-Yorkda keçiriləcək.

1news.az-a XİN-in mətbuat xidmətindən verilən məlumata görə,   görüş ATƏT-in Minsk qrupunun həmsədrlərinin (İqor Popov – Rusiya, Stefan Viskonti – Fransa və Endrü Sxofer – ABŞ) vasitəçiliyi ilə baş tutacaq. Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də iştirak edəcək.

Tərəflər Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesini müzakirə edəcəklər.

P.Sultanova

Paylaş:
440

Son xəbərlər

Bütün xəbərlər