Azərbaycan futbolunun canlı əfsanəsi əsri yarıladı - FOTO | 1news.az | Xəbərlər
Futbol

Azərbaycan futbolunun canlı əfsanəsi əsri yarıladı - FOTO

14:53 - 02 / 10 / 2018
Azərbaycan futbolunun canlı əfsanəsi əsri yarıladı - FOTO

Oktyabrın 4-də Azərbaycan futbolunun canlı əfsanəsi Vəli Qasımovun 50 yaşı tamam olur.

1news.az-ın Trend-ə istinadən məlumatına görə, karyerası ərzində “Dinamo” (Moskva), “Spartak” (Moskva), “Real Betis” (İspaniya), “Vitoriya” (Portuqaliya) kimi klubların şərəfini qorumuş futbolçu 24 yaşında Rusiya Premyer Liqasında bombardir olmağı bacarıb.

V.Qasımovun karyerası ilə bağlı məlumatlara göz gəzdirərkən ən diqqətçəkən məqamlardan biri onun 14 yaşına qədər həndbolla məşğul olmasıdır. Başqa bir maraqlı nüans isə yubilyarın futbolçu karyerasına başlamasından cəmi bir il sonra - 15 yaşında ikən SSRİ yığmasının tərkibinə daxil edilməsi və 16 yaşında öz yaş qrupunda Avropa çempionu olmasıdır. Nə qədər qəribə də görünsə, V.Qasımov kimi istedadlı futbolçu milli komandamızda cəmi 14 oyuna çıxıb və bu oyunlarda qol vurmayıb.

Cəmi dörd il əsas millinin şərəfini qoruyan futbolçu 30 yaşında - 1998-ci ildə yığma ilə vidalaşıb. Millidəki karyerasından fərqli olaraq, daha uğurlu alınan klub karyerasına nəzər salanda onun 1992-ci ildə “Dinamo” (Moskva) klubunun heyətində keçirdiyi 17 oyunda rəqib qapılarına 16 dəfə yol tapması diqqətdən yayınmır. Onun Rusiya birinciliyində imza atdığı daha bir ilk bir mövsümdə iki dəfə het-trik edən 12 futbolçudan biri olmasıdır. 

Elə məhz bu uğurlu mövsümün ardından futbolçumuzu “Real Betis” klubu sıralarına qatmağa müvəffəq olur. 1992/1993 mövsümünün yarısını, həmçinin 1993/1994 və 1994/1995 mövsümünü İspaniya klubunda keçirən hücumçu doqquz qol vurmaqla komandasının La Liqaya yüksəlməsində böyük rol oynayır.

Ancaq mövsümün sonunda Qasımov La Liqanın digər təmsilçisi “Albasete” ilə anlaşır. “Albesete”də 22 oyun keçirən təmsilçimiz mövsümün sonunda “Esixa”nın formasını geyinir.

Yubilyarın karyerasının son illəri isə Portuqaliya ilə bağlıdır. Belə ki, o, əvvəlcə “Vitoriya”da (Setubal) çıxış edir. “İmortal” isə hücumçumuzun son klubu olur və 2001-ci ildə - 33 yaşında karyerasına nöqtə qoyur. Futbolçu karyerasını bitirən forvard Portuqaliyanın aşağı diviziya klubu olan “Gelves”də, Azərbaycan millisində və “Neftçi”də məşqçilik bacarığını sınayıb.

V.Qasımovu digər futbolçularımızdan fərqləndirən başqa cəhət isə onun bir neçə xarici dildə sərbəst danışmasıdır. Belə ki, veteran futbolçu ana dili ilə yanaşı, rus, ispan, portuqal dillərini bilir.

Veteran futbolçumuz UEFA Avropa Liqasının 2018/2019 mövsümünün qrup mərhələsinin püşkatma mərasimində ölkəmizi təmsil edib və Bakıda keçiriləcək final oyununun səfiri seçilib.

1news.az

Paylaş:
560

Son xəbərlər

DİN: Ötən gün 7,2 kiloqramdan artıq narkotik vasitə aşkarlanıbBu gün, 12:12Azərbaycanda sektorlar üzrə strateji planların hazırlanmasının yeni Qaydası təsdiqlənibBu gün, 11:53Azərbaycanlı deputatlar Rusiyada beynəlxalq konfransa qatılacaqlarBu gün, 11:4431 min nəfərdən çox şəxsə proaktiv qaydada pensiya təyin edilibBu gün, 11:20Bu il icbari tibbi sığorta hesabına icra olunan diskektomiya əməliyyatının sayı açıqlanıbBu gün, 11:06AFFA nümayəndəsi “Mançester Siti”nin oyununa təyinat aldıBu gün, 10:32Azərbaycan və Braziliya arasında turizm əlaqələri müzakirə olunub - FOTOBu gün, 10:12Bu gündən bəzi məktəblərdə dərslər başlayıbBu gün, 09:41AMB günün valyuta məzənnəsini açıqladıBu gün, 09:20Paytaxt yollarında vəziyyət necədir? - NİİM açıqladıBu gün, 09:17Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24
Bütün xəbərlər