Kimya qoşunlarında xüsusi texnikanın payız-qış mövsümünə keçidi təşkil olunub - FOTO

Kimya qoşunlarının hərbi hissəsində silah və texnikanın payız-qış mövsümündə istismar şəraitinə keçidi təşkil olunub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, müxtəlif təlim nöqtələrində keçirilən məşğələnin əsas məqsədi xüsusi texnikalara mövsümi qulluq göstərilməsi zamanı hərbi qulluqçular tərəfindən görüləcək işlərin həcmini və ardıcıllığını praktiki şəkildə nümayiş etdirmək, eləcə də bu sahədə şəxsi heyətin bilik və bacarıqlarını artırmaqdır.
Hərbi hissənin sıra meydanı və parkında keçirilən məşğələdə texniki heyət məşğələ rəhbəri tərəfindən qarşıya qoyulan tapşırıqları yerinə yetirib.
715