Bu gün AŞPA-nın payız sessiyası başlayır | 1news.az | Xəbərlər
Siyasət

Bu gün AŞPA-nın payız sessiyası başlayır

09:10 - 08 / 10 / 2018
Bu gün AŞPA-nın payız sessiyası başlayır

Bu gün Strasburqda Avropa Şurası  Parlament Assambleyasının(AŞPA) payız sessiyası öz işinə başlayır.

1news.az xəbər verir ki, sessiya dövründə Assambleya Bürosunun və Daimi Komitənin görülən işlər barədə hesabatı dinləniləcək, 2018-ci il iyunun 24-də Türkiyədə keçirilmiş parlament və prezident seçkilərinin müşahidəsinin yekunları, AŞPA-nın səsvermə və mandatla bağlı prosedurları, Avropa Şurasına və BMT-yə üzv olan dövlətlərə, həmçinin “boz zona”lara insan hüquqları üzrə monitorinq aparan orqanların limitsiz daxil olması, Avropada nüvə təhlükəsizliyi, Avropada İslam dini: radikallaşma və islamofobiya və digər məsələlər müzakirə olunacaq.

Sessiyada Azərbaycan nümayəndə heyətinin üzvü Sahibə Qafarovanın “Avropada diaspora cəmiyyətləri və miqrantların radikallaşması” mövzusunda məruzəsi dinləniləcək.

Sessiyanın gündəliyinə birbaşa Azərbaycanla bağlı məsələ daxil edilməyib.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, AŞPA-da Azərbaycanın nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və bir qrup deputat iştirak edir.

Nümayəndə heyətinə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov, deputatlardan Sevinc Fətəliyeva, Sahibə Qafarova, Qənirə Paşayeva, Ülviyyə Ağayeva, Asim Mollazadə, Çingiz Qənizadə, Elşad Həsənov, Sabir Hacıyev, Fazil Mustafa və Naqif Həmzəyev daxildirlər.

P.Sultanova

Paylaş:
654

Son xəbərlər

Bütün xəbərlər