“Həbibi cəzalandıracam” – Atası
UFC kateqoriyası üzrə dünya çempionu Həbib Nurməhəmmədovun atası və məşqçisi Əbdülmanaf Nurməhəmmədov dünən baş verən qalmaqala münasibət bildirib.
1news.az-ın məlumatına görə, Rusiya mətbuatına açıqlama verən atası döyüşdən sonra etdiyi sərt hərəkətlərə görə oğlunu cəzalandıracağını deyib.
“Sən oktaqonda nə istəyirsən, edə bilərsən. Ondan kənarda isə qadınlar, uşaqlar və yaşlı insanlar var. Oğlumun hərəkətləri qəbuledilməzdir. Mənim komandam həmişə nizam-intizamı ilə seçilib. Buna görə Həbibə qarşı sanksiyalar UFC tərəfindən tətbiq olunanlardan daha sərt olacaq”, – atası bildirib.
O, həmçinin komandanın rəhbəri olaraq baş verənlərə görə birbaşa məsuliyyət daşıdığını da bildirib.
Qeyd edək ki, dünən UFC 229 turnirində Makqreqor üzərindəki qələbədən sonra Nurməhəmmədov onu təhqir edən irlandiyalı məşqçi Dillon Denisə hücum edərək kütləvi davaya səbəb olub. Onun bu addımı UFC rəhbərliyinin narazılığına səbəb olub. Hətta UFC prezidenti Deyna Uayt Həbibin kəmərinin əlindən alına biləcəyini də istisna etməyib.
Mövzu ilə bağlı:
Nurməhəmmədov Makqreqora qalib gələrək UFC çempionu titulunu qoruyub - FOTO - VİDEO
1news.az