Lebedev: Dağlıq Qarabağda gərginlik azalıb | 1news.az | Xəbərlər
Siyasət

Lebedev: Dağlıq Qarabağda gərginlik azalıb

15:53 - 10 / 10 / 2018
Lebedev: Dağlıq Qarabağda gərginlik azalıb

Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın Düşənbədə keçirilən görüşü Dağlıq Qarabağda gərginliyi azaldıb.

1news.az xəbər verir ki, bunu MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedev deyib.

"Mən Azərbaycan Prezidenti ilə Ermənistanın  baş nazirinin bir neçə dəfə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə etdiyinə şahid oldum. Nəticələr aydındır - indi münaqişə bölgəsində gərginlik bir qədər azalıb”, Lebedev jurnalistlərə bildirib.

O, iki ölkə liderlərinin bu məzmunlu təmaslarının davam edəcəyinə və münaqişənin həlli üçün müsbət nəticələr verəcəyini ümid etdiyini bildirib.

P.Sultanova

 

Paylaş:
523

Son xəbərlər

Bütün xəbərlər