UFC prezidenti onu hədələyən Həbibə cavab verdi: “Hər şeyi atana deyəcəm”
Konor Makqreqora qalib gələrək UFC üzrə çempionluq titulunu qoruyan Həbib Nurməhəmmədov UFC rəhbəri Dan Uaytı hədələyib.
1news.az-ın məlumatına görə, idmançı bu barədə “Instagram” hesabında yazıb.
“Den Uayt, bəxtin gətirdi ki, kəməri mənə verdin, yoxsa sənin avtomobilini əzəcəkdim. Avtomobilinin park olunduğu yeri bilirəm”– deyə, idmançı yazıb.
Dan isə bu hədədən qorxmayıb və şərhin altına yazıb: “Gülməkdən yerə yıxıldım. Hər şeyi atana deyəcəm”.
Qeyd edək ki, dağıstanlı Həbib Nurməhəmmədov oktyabrın 6-da Las-Veqasda keçirilən döyüşdə irlandiyalı Konor Makqreqora qalib gəlib. Döyüş bitdikdən sonra isə təhqirləri eşidən Nurməhəmmədov irlandiyalının komanda üzvləri ilə dalaşıb.
Nəticədə Həbibə çempion kəmərini döyüş bitən kimi deyil, bir qədər sonra veriblər.
1news.az