Azərbaycan gimnastı Yeniyetmələrin III Yay Olimpiya Oyunlarının çempionu olub | 1news.az | Xəbərlər
İdman

Azərbaycan gimnastı Yeniyetmələrin III Yay Olimpiya Oyunlarının çempionu olub

11:46 - 11 / 10 / 2018
Azərbaycan gimnastı Yeniyetmələrin III Yay Olimpiya Oyunlarının çempionu olub

Azərbaycan gimnastı Yelizaveta Luzan Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən Yeniyetmələrin III Yay Olimpiya Oyunlarının çempionu olub.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, idmançımız Olimpiya Oyunlarının yeni formatına əsasən, bütün gimnastika növləri üzrə qarışıq komandaların yarışında qızıl medal qazanıb.

Beləliklə, milli komandamızın aktivində 2 qızıl və 1 bürünc medal var. Bundan əvvəl cüdoçu Vüqar Talıbov (66 kq) qızıl, taekvondoçu Cavad Ağayev (63 kq) bürünc medal qazanıblar.

S.Xankişiyeva

 

 

Paylaş:
603

Son xəbərlər

Bütün xəbərlər