Millimiz Millətlər Liqasında ilk qələbəsini qazandı – VİDEO | 1news.az | Xəbərlər
Futbol

Millimiz Millətlər Liqasında ilk qələbəsini qazandı – VİDEO

09:39 - 12 / 10 / 2018
Millimiz Millətlər Liqasında ilk qələbəsini qazandı – VİDEO

UEFA Millətlər Liqasında qrup mərhələsinin 3-cü turunun oyunlarına start verilib.

1news.az-ın məlumatına görə, D liqasında 3-cü qrupda yer alan millimiz səfərdə Farer Adaları yığması ilə qarşılaşıb.

Rəqibindən daha üstün futbol nümayiş etdirən komandamız 28-ci dəqiqədə Riçard Almeydanın qolu ilə hesabda önə çıxıb. İlk hissə elə bu hesabla da başa çatıb.

İkinci hissəyə daha fəal başlayan yığmamız 67-ci dəqiqədə Dmitri Nazarovun baxımlı qola ilə üstünlüyünü iki topa çatdırıb.

Kobud oyuna görə, qarşılaşmanın 87-ci dəqiqəsində Farer Adaları yığmasının qapısına təyin olunan on bir metrlik cərimə zərbəsini Riçard Almeyda dəqiq yerinə yetirərək dubl edib. Komandaların cəhdlərinə baxmayaraq, görüşün sonunadək hesab dəyişməyib. Beləliklə, görüş Azərbaycan yığmasının 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Qrupun digər oyununda Kosovo millisi Maltanı qəbul edib. Matç Kosovonun 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, Azərbaycan yığması UEFA Millətlər Liqasının D liqasının 3-cü qrupunda Farer Adaları, Malta və Kosovo milliləri ilə mübarizə aparır. UEFA-nın yeni təsis etdiyi turnirin ilk iki oyununda millimiz qələbə qazana bilməyib.

Sentyabrın 7-də Bakıda Kosovo seçməsi ilə heç-heçə (0:0) edən Azərbaycan yığması üç gün sonra Malta səfərindən bir xalla qayıdıb – 1:1.

Üç turdan sonra Qurban Qurbanovun yetirmələri 5 xalla qrupda ikinci pilləyə yüksəliblər. Kosovo 7 xalla birinci, Farer Adaları 3 xalla üçüncü, Malta isə 1 xalla sonuncu pillədə qərarlaşıb.

Onu da bildirək ki, komandamız növbəti turda Malta ilə qarşılaşacaq. Oktyabrın 14-də Bakı Olimpiya Stadionunda keçiriləcək oyun saat 20:00-da başlayacaq.

UEFA Millətlər Liqası

D liqası, 3-cü qrup, II tur

11 oktyabr

22:45. Farer adaları – Azərbaycan - 0:3
Qollar: 
Riçard Almeyda 28, Dmitri Nazarov, 68, Riçard Almeyda, 86-pen
AHakimlər: Aleksey Yeskov, Dmitri Mosyakin, Anton Averianov, Valeri Dançenko (Rusiya)
Torşavn, “Torsvullur” stadionu

22:45. Kosovo - Malta - 3:1
Qollar: Kololi, 30 (1:0), Aqius, 51 (1:1), Muriqi, 68 (2:1), Kololi, 81 (3:1)

Turnir cədvəli:

1.

Kosovo

3

2

1

0

5:1

7

2.

Azərbaycan

3

1

2

0

4:1

5

3.

Farer adaları

3

1

0

2

3:6

3

4.

Malta

3

0

1

2

3:7

1

1news.az

Paylaş:
682

Son xəbərlər

Bütün xəbərlər