Həbib Meyvezerlə döyüşdən imtina etdi? – FOTO | 1news.az | Xəbərlər
İdman

Həbib Meyvezerlə döyüşdən imtina etdi? – FOTO

09:50 - 16 / 10 / 2018
Həbib Meyvezerlə döyüşdən imtina etdi? – FOTO

Ötən günlərdə boks üzrə 5 çəki kateqoriyası üzrə 12 qat dünya çempionu Floyd Meyvezerlə döyüşmək istədiyini dilə gətirən Həbib Nurməhəmmədovun çağrışına müsbət cavab verilib.

1news.az-ın məlumatına görə, bu barədə Meyvezer “Twitter” səhifəsində yazıb:

“CBS, Showtime və MGM Grand çek kitabçalarınızı hazır edin! Həbib mənə çağırış edib. Las-Veqası yenidən möhtəşəm edəcəyik!”.

Bu arada Həbib Nurməhəmmədov “Instagram” səhifəsi vasitəsilə Meyvezerə yeni ismarıc göndərib. O, ismarıcında amerikalı boksçuya Las-Veqasda döyüşmək istəmədiyini bildirib.

“Floyd, amma Veqas yox, onlar mənim pulumu vermək istəmirlər”, - deyə o bildirib. 

Qeyd edək ki, H. Nurməhəmmədov Meyvezeri döyüşə çağırıb. Amerikalı boksçu bu çağırışa müsbət cavab verib və döyüş yeri kimi Las-Veqası təklif edib.

İki məğlubedilməz döyüşçünün duelinin gələn ilin ilk aylarında baş tutması gözlənilir.

1news.az

Paylaş:
6533

Son xəbərlər

Bütün xəbərlər