Frankafoniya sammiti çərçivəsində Qarabağa qanunsuz səfər edənlər "qara siyahı"ya salınacaq | 1news.az | Xəbərlər
Siyasət

Frankafoniya sammiti çərçivəsində Qarabağa qanunsuz səfər edənlər "qara siyahı"ya salınacaq

17:30 - 17 / 10 / 2018
Frankafoniya sammiti çərçivəsində Qarabağa qanunsuz səfər edənlər "qara siyahı"ya salınacaq

Frankafoniya sammiti əsnasında güddüyü təxribatçı məqsədlərə nail ola bilməyən Ermənistan Frankofoniya Mətbuatı Beynəlxalq İttifaqının İdarə heyətinin bəzi üzvlərini qanunsuz olaraq Azərbaycanın işğal olunmuş ərazilərinə səfərini təşkil edib.

1news.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in mətbuat xidmətinin açıqlamasında deyilir.

"Jurnalist etikası və obyektivliyi prinsipinə zidd olaraq bu qanunsuz  səfərdə iştirak edən Jan Kuşner, Fransua Dost və Xədicə Riduanın adları arzuolunmaz şəxslər siyahısına daxil ediləcəkdir, XİN bəyan edib.

P.Sultanova

 

Paylaş:
443

Son xəbərlər

Bütün xəbərlər