Memar Cahangir Məmmədrzayev: “Memarın işində əsas faktor insan amilidir” – FOTO
Oxucularımıza Azərbaycanın uğurlu memarı, premium-class Sabah Residence elit yaşayış kompleksi layihəsinin müəllifi Cahangir Məmmədrzayev ilə müsahibəni təqdim edirik.
- Cahangir bəy, memar olmağa necə qərar verdiniz, bu Sizin uşaqlıq arzunuz olub?
- Nə qədər özümü xatırlayıram, həmişə rəsm çəkirdim və məhz rəsm məni memarlığa gətirdi. Artıq uşaqlıqdan mənim şəkillərimdə şəhərlər, evlər, binalar vardı. İçəri Şəhəri də çox çəkərdim. Valideynlərimə və müəllimlərimə təşəkkür edirəm ki, yaradıcılıqda məni dəstəkləyirdilər. Mən hələ məktəb vaxtlarından müvəffəqiyyətlərə nail olmağa başladım, lakin bu, məhz rəsm idi, memarlığa hələ çox var idi.
Beynəlxalq və regional müsabiqələrin iştirakçısı olaraq, mən birinci yerləri tuturdum və hər cür mükafatlar alırdım. Bunlar da məni gələcəkdə sevimli Vətənimin xeyrinə işləməyimə daha çox stimullaşdırdı. Məhz o vaxt qərar verdim ki, memar olacağam, hərçənd əvvəlcədən rəssamlıq fakültəsinə daxil olmağı planlaşdırırdım. Seçdiyim yoldan heç də peşman deyiləm – həyatımın ayrılmaz hissəsinə çevrilən memarlığı seçdiyimə şadam.
- Bu peşədə neçə il fəaliyyət göstərirsiniz və hansı uğurlara nail olmusunuz?
- 14 ildir bu peşədəyəm və bu illər ərzində layihələrimə əsasən çox tikintilər həyata keçirilib. Bu həm yaşayış evləri, ictimai binalar, həm də şəxsi evlər və bir çox başqa tikintilərdir. Mənim ilk layihələrimdən biri Baku Oxford School binası oldu, hazırda isə mən inşası üzrə işlərin tam sürətlə getdiyi premium-class Sabah Residence elit yaşayış kompleksi layihəsinin müəllifiyəm.
- Pərəstiş etdiyiniz memar var?
- Mən ispan memarı Antonio Qaudinin böyük pərəstişkarıyam, onun hər bir işi məni valeh edir. Bu gündən danışası olsaq, bu Zaha Hadid və Norman Fosterdir – onların memarlıq üslubu xoşuma gəlir.
- Sizcə, müasir memar necə olmalıdır?
- Müasir memar öz fəaliyyət sferasını “a”- dan “z”-yə qədər bilməli, zəngin fantaziyaya malik olmalı və özünəməxsus bənzərsiz üsluba sahib olmalıdır. Bundan əlavə, həmişə və hər şeydə ən yeni tendensiyaları izləməli, dünənki gündə qalmamalıdır.
Dünya elə bir sürətlə inkişaf edir ki, bəzən hər şeyə çatmaq çətindir, lakin peşəm fəaliyyət sahəmdə baş verən hər şeydən xəbərdar olmağı məcbur edir. Buna görə bütün elmi-texniki yenilikləri izləyərək və öyrənərək həmişə əlimi zamanın nəbzində saxlayıram. Həmçinin işdə bugünkü günün həm sosial, həm də ekoloji tələblərinə uyğun olmaq çox əhəmiyyətlidir, buna görə müasir memarın əsas keyfiyyətlərindən biri olaraq daimi özünüinkişafı və özünü təhsilləndirməni görürəm.
- “Bu gün memarlıqda qeyri-mümkün heç nə yoxdur” – fikri ilə razısınız?
- Deyim ki, memarlıq bu gün azad və çərçivələrdən kənar incəsənətdir, bu da təbii olaraq yuxarıda danışdığım elmi-texniki yeniliklərdən istifadə edərək, bəlkə də, əvvəllər qeyri-mümkün hesab edilən bir çox şeyi yaratmaq imkanı verir. Memarlıq mühəndislik işi ilə sıx bağlıdır – bu iki sahə daim tərəqqi edir və müvafiq olaraq, dünən qeyri-mümkün görünənlər, bu gün mümkün olur.
- Sizin əsas memarlıq qaydanız hansıdır?
- O, kifayət qədər sadədir – forma və funksionallığın vəhdəti. Gözəl forma yaratmaq olar, amma o funksional olmayacaqsa, layihəni müvəffəqiyyətli adlandırmaq olmaz, bunun əksi də eynidir. Buna görə əsas qaydama riayət edirəm və forma ilə funksionallığın birliyini yaradıram.
- Sizcə uğurlu memarlıq layihəsi əsasını nə təşkil edir?
- Komanda əməyi – mən əminəm ki, bu nəinki memarlıq layihəsinin, həm də istənilən başqa layihənin əsasıdır. Şəxsi çoxillik təcrübəmə əsaslanaraq deyirəm ki, komanda fundamental əsasdır və onsuz layihə qeyri-mümkündür. Məhz komanda əməyi və işdə tam qarşılıqlı anlaşma layihənin sonrakı uğurunun bünövrəsini qoyur – bu əhəmiyyətli və əsas amillər olmadan müvəffəqiyyət qeyri-mümkündür.
- Bu gün siz müəllifi olduğunuz premium-class Sabah Residence elit yaşayış kompleksi layihəsi üzərində işləyirsiniz. Bu ideya necə yarandı?
- Əvvəlki cavaba qayıdaraq, burda da vurğulayım ki, mənim bu layihəm komandasız qeyri-mümkün olardı – bu layihənin yaradılmasında böyük rolu Qala Group şirkətində rəhbərlik etdiyim layihə departamentinin bütün əməkdaşları oynadılar. Mənim peşəkar tərcümeyi-halımda çoxsaylı layihəm var, amma məhz Sabah Residence-in yeri müstəsnadır, bu layihənin mənim üçün xüsusi dəyəri var.
Hər şey gələcək yaşayış kompleksinin tikiləcəyi yerin – tikinti üçün Bayıl qəsəbəsinin seçilməsindən başladı. Mən layihənin birinci eskizlərini hazırladım və onun yaradılmasında üçün ilk növbədə insan amili və hər bir şeydə maksimal rahatlıq əsas meyarlar olaraq dururdu.
Təvazökarlıqdan uzaq səslənsə də, deyə bilərəm ki, Sabah Residence müasir memarlıq əsəridir. Burada sevimli şəhərimiz Bakını tezliklə harmonik şəkildə bəzəyəcək. Lakin, əvvəldə də dediyim kimi, bu kompleksin layihəsinin yaradılmasında ən vacib çağırış – onun gələcək sakinlərinə qarşı qayğıkeş münasibətdir ki, bu da Sabah Residence-in bütün konsepsiyasının əsası oldu.
- Bu barədə və bütövlükdə bu yaşayış kompleksinin üstünlükləri haqqında daha ətraflı danışın.
- Lokasiyadan başlayacağam – dənizə möhtəşəm mənzərəsi ilə Bakının heyranedici rayonudur, həm də kompleksin binaları elə qurulub ki, mərtəbəsindən və tərəfindən asılı olmayaraq istənilən mənzildən Xəzər dənizi görünür. Kompleksin bir neçə addımlığında olan dənizin yaxınlığı artıq bu layihəni potensial alıcılar üçün daha da cazibədar edir. Çox gözəl ekoloji vəziyyəti ayrıca vurğulayıram. Yaxınlıqda parkın olması, bundan əlavə dəniz havası və bütövlükdə gündəlik şəhər təlaşından və tozundan uzaqda yerləşmə – bunlar, əlbəttə ki, böyük üstünlükdür.
Gələcək sakinlər avtodayanacaq haqqında fikirləşməli olmayacaqlar – onların ixtiyarına geniş yeraltı və yerüstü parkinq veriləcək. Əgər əlverişli lokasiya barədə danışsaq, o faktı da qeyd edim ki, Sabah Residence mərkəzi paytaxt yolları yanında yerləşir, Bakının mərkəzinə avtomobillə, demək olar ki, bir neçə dəqiqəlik yoldur.
Üstünlüklərdən biri də kompleksdə mağazaların, uşaq bağçası, bank, kafe, restoranların olması, düz yanında isə məktəbin yerləşməsidir. Bütün bunlar sakinlərin həyatını təkcə rahat, komfortlu deyil, həm də dolğun və maraqlı edəcək, çünki inkişaf etmiş infrastruktur bu gün hər birimiz üçün vacibdir və gündəlik həyatımız onsuz mümkün deyil.
- Təhlükəsizlik barədə nə deyə bilərsiniz?
- Birinci növbədə və başlıca olaraq sakinlərimizi düşünürük - kompleks dünya standart və normalarına müvafiq olan müasir təhlükəsizlik sistemləri ilə təchiz edilib. Qəbul edilmiş dünya standartları və normaları üzrə həyata keçirilən tikinti vaxtı da, biz, sakinlərimizin sağlamlığının qayğısına qalaraq, ekoloji təmiz materiallardan istifadə edirik. Əgər konkret təhlükəsizlik haqqında danışası olsaq, biz tikintidə odadavamlı tikinti materiallarından istifadə edərək sakinlərimizə hərtərəfli təhlükəsizliyə zəmanət veririk.
- Sabah Residence-də Bakının başqa oxşar komplekslərində olmayan nə var?
- Bu, alternativ enerji mənbələrinin istifadəsidir, bu da layihəyə böyük unikallıq və eksklüzivlik verir – alternativ enerji günəş panellərinin köməyi ilə əldə ediləcək. Həmçinin smart house (ağıllı ev) sistemi – bu, gündəlik hərəkətlərin avtomatlaşdırılması üçün həllər kompleksidir. Bu da sizi gündəlik məişət qayğılarından xilas edəcək. Bunlar Bakıda hələ olmamışdı və şadam ki, belə yeniliklər məhz mənim layihələndirdiyim kompleksdə tətbiq ediləcək.
Qeyd edək ki, premium-class Sabah Residence elit yaşayış kompleksinin layihəsi ilə daha ətraflı bu keçiddə tanış ola bilərsiniz.
Reklam hüququnda