Paşinyan ABŞ səfirinin Qarabağ bəyanatı barədə | 1news.az | Xəbərlər
Siyasət

Paşinyan ABŞ səfirinin Qarabağ bəyanatı barədə

11:33 - 17 / 10 / 2018
Paşinyan ABŞ səfirinin Qarabağ bəyanatı barədə

Ermənistan tərəfi Dağlıq Qarabağ münaqişəsinin həllində öz mövqeyini dəfələrlə açıq şəkildə ifadə edib.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, bu barədə ABŞ-ın Ermənistandakı səfiri Riçard Millsin bəyanatını şərh edən baş nazir vəzifəsini icra edən Nikol Paşinyan bildirib.

Paşinyan deyib: "Biz gedən səfirin bəyanatını “müddəti bitmiş mesaj” kimi nəzərdən keçirə bilərik".

Xatırladaq ki, ABŞ-ın Ermənistandakı səfiri Riçard Mills öz müsahibəsində deyib ki, Qarabağ münaqişəsinin işğal olunmuş ərazilərin müəyyən hissəsinin Azərbaycana qaytarılmadan həll ediləcəyinə inanmır.

1news.az

Paylaş:
633

Son xəbərlər

Bütün xəbərlər