Sumqayıt Dövlət Dram Teatrının əməkdaşları təltif edilib | 1news.az | Xəbərlər
Rəsmi

Sumqayıt Dövlət Dram Teatrının əməkdaşları təltif edilib

19:01 - 16 / 10 / 2018
Sumqayıt Dövlət Dram Teatrının əməkdaşları təltif edilib

Prezident İlham Əliyev Sumqayıt Dövlət Dram Teatrı əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. 

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, sərəncamda deyilir: 

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycanda teatr sənətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif edilsinlər:

Cəfərova Rüxsarə Əliağa qızı

Xanlarov Habil Tehran oğlu

Qurbanova Vəfa Əli qızı

Məmmədov Vidadi Mansur oğlu

Məmmədova Mayə Əliağa qızı

Mirzəyev Akif Əziz oğlu

Müzəffərov Arif Valeh oğlu”.

President.az

Paylaş:
473

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər