Prezident İqtisadiyyat İnstitutunun əməkdaşlarını təltif edib | 1news.az | Xəbərlər
Rəsmi

Prezident İqtisadiyyat İnstitutunun əməkdaşlarını təltif edib

19:20 - 16 / 10 / 2018
Prezident İqtisadiyyat İnstitutunun əməkdaşlarını təltif edib

Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun əməkdaşlarının “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, sərəncamda deyilir: 

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycanda iqtisad elminin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsinlər:

Əliyev Tərbiz Nəsib oğlu

İmanov Nazim Müzəffər oğlu

Musayev Akif Fərhad oğlu

Sultanova Rəna Polad qızı

Yüzbaşıyeva Gülşən Zahid qızı”.

Dövlət başçısının digər sərəncamı ilə Azərbaycanda iqtisad elminin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif ediliblər:

Hüseynov Tofiq Həsən oğlu

Muradov Allahyar Niyaz oğlu.

President.az

Paylaş:
689

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər