Kokorin və Mamayev təcridxanada tualet yuyur | 1news.az | Xəbərlər
İdman

Kokorin və Mamayev təcridxanada tualet yuyur

10:46 - 22 / 10 / 2018
Kokorin və Mamayev təcridxanada tualet yuyur

İki saylı təcridxananın rəisi Sergey Telyatnikov “Butırka” təcridxanasında “Zenit” klubunun hücumçusu Aleksandr Kokorin və “Krasnodar” klubunun yarımmüdafiəçisi Pavel Mamayevin saxlanma şəraiti ilə bağlı açıqlama verib.

1news.az-ın Oxu.Az-a istinadla verdiyi xəbərə görə, onun fikirlərini “Moskovskiy komsomolets” yayımlayıb.

Telyatnikov deyib ki, futbolçuları 2-4 nəfər üçün nəzərdə tutulan balaca kameralara göndərib. O bildirib ki, Kokorin və Mamayevin heç bir problemi yoxdur: onlardan pul alınmır, onlar könüllü şəkildə qonşuları ilə növbəli şəkildə tualet yuyurlar.

Kokorin və Mamayev dekabrın 8-dək təcridxanada saxlanılacaq.

Qeyd edək ki, futbolçular oktyabrın 8-də Moskvada iki davada iştirak ediblər. Onlar əvvəlcə aparıcı Oleq Uşakovun sürücüsünü döyüblər. Daha sonra isə məmurlar Denis Pak və Sergey Qaysinə xəsarət yetiriblər.      

Rusiyalı futbolçular həbs olundular – FOTO

Rusiyalı futbolçular xuliqanlığa görə saxlanılıb

S.Xankişiyeva

 

 

       

Paylaş:
1169

Son xəbərlər

Bütün xəbərlər