Jurnalistin başı konsulun evindən tapıldı - İddia
Britaniyanın nüfuzlu nəşrlərindən olan "Skynews" İstanbulda vəhşicəsinə öldürülən jurnalistlə bağlı iddia yayıb.
1news.az milli.Az bildirir ki, "Skynews"un İstanbuldakı xüsusi müxbiri Aleks Kraufordin əldə etdiyi məlumata görə, "Washington Post"un köşə yazarı Camal Haşoqqinin bədəninin bəzi hissələri Səudiyyənin İstanbuldakı konsulunun evindədir.
İddialara görə, konsul onun cəsədinin hissələrini konsulluq binasından 500 metr uzaqlıqda yerləşən evinin həyətində gizlədib.
Məqalədə Haşoqqinin üzünün tanınmaz hala düşdüyü qeyd olunub.
Xatırladaq ki, Səudiyyə Ərəbistanındakı islahatçılar və müxaliflər üçün önəmli media platforması sayılan "Al Watan" qəzetinin rəhbərlərindən biri, Qərb mediasında Yaxın Şərqlə bağlı təhlilləri ilə tanınan jurnalist Camal Haşoqqi oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğuna daxil olub və itkin düşüb.
Türkiyə polisinin apardığı araşdırmalar nəticəsində bəlli olub ki, elə həmin vaxtda Səudiyyə Ərəbistanından İstanbula xüsusi təyyarə ilə gəlmiş 15 nəfər konsulluğa giriblər. Həmin adamlar sonradan elə gəldikləri təyyarə ilə Ər-Riyada qayıdıblar.
C.Haşoqqi konsulluq binasında döyüləndən və işgəncələrə məruz qalandan sonra şaqqalanıb, cəsədinin tikələri çamadanlara yığılaraq binadan çıxarılıb.
1news.az