Qabriel Sançez Perez: Özümü Azərbaycanda qonaq yox, azərbaycanlı sayıram | 1news.az | Xəbərlər
Siyasət

Qabriel Sançez Perez: Özümü Azərbaycanda qonaq yox, azərbaycanlı sayıram

12:22 - 26 / 10 / 2018
Qabriel Sançez Perez: Özümü Azərbaycanda qonaq yox, azərbaycanlı sayıram

Mən vaxtilə Azərbaycanda, hazırkı Neft Akademiyasında təhsil almışam. Peruya qayıdandan sonra başa düşdüm ki, Azərbaycanda necə yaxşı təhsil almışam.

1news.az xəbər verir ki, bunu 6-cı Bakı Beynəlxalq Humanitar Forumunun içtirakçısı Peru hökumətinin Baş Nəzarət İdarəsinin rəisi Qabriel Sançez Perez deyib. O Bakıya17 il sonra qayıtdığlnı deyib:

“Çox yaxşı təəssüratlarım var. Özümü Azərbaycanda qonaq yox, azərbaycanlı sayıram. Həyat yoldaşım da azərbaycanlıdır. Bu havanı unutmaq olmaz. Külək səni itələyən kimi bilirsən ki, Bakıdasan. İndi Bakı çox inkişaf edib. Amma yaxşı olan budur ki, Şərq siması qalıb. Bu foruma dəvət aldığım, maraqlı müzakirələrdə iştirak etdiyim üçün çox şadam”.

P.Sultanova

Paylaş:
440

Son xəbərlər

İsmayıllıda zəlzələ olub

12 / 07 / 2025, 10:12
Bütün xəbərlər