Paşinyan həmsədrlərlə görüşüb | 1news.az | Xəbərlər
Siyasət

Paşinyan həmsədrlərlə görüşüb

09:46 - 30 / 10 / 2018
Paşinyan həmsədrlərlə görüşüb

Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Endryu Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiki qəbul edib.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, görüşdə tərəflər Ermənistandakı son siyasi dəyişikliklərdən sonra Qarabağ münaqişəsi üzrə sülh prosesinin dinamikasına toxunublar. Həmçinin, Düşənbə görüşündə əldə edilmiş razılaşmalar barədə fikir mübadiləsi aparıblar.

Tərəflər növbəti mümkün addımları qeyd ediblər.

Xatırladaq ki, həmsədrlər Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ ərazisinə də baş çəkəcəklər, daha sonra Bakıya gələcəklər.

P.Sultanova

Paylaş:
338

Son xəbərlər

Bütün xəbərlər