Paşinyan yenidən baş nazir vəzifəsinə namizəd oldu | 1news.az | Xəbərlər
Ermənistan

Paşinyan yenidən baş nazir vəzifəsinə namizəd oldu

13:01 - 30 / 10 / 2018
Paşinyan yenidən baş nazir vəzifəsinə namizəd oldu

Ermənistan parlamentinin "Yelk" (Çıxış), "Tsarukyan" fraksiyaları, eləcə də Respublika Partiyasının fraksiyasından ayrılan millət vəkilləri Nikol Paşinyanın baş nazir postuna namizədliyini irəli sürüblər.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, parlamentin mətbuat katibi Knyaz Saroyan Paşinyanın namizədliyini deputatların 1/3 hissəsinin irəli sürdüyünü deyib.

Baş nazirin parlamentdə seçilməsi üçün səsvermənin ikinci turu noyabrın 1-də keçiriləcək. Əgər baş nazir seçilməsə, qanunverici orqan buraxılacaq və erkən parlament seçkiləri keçiriləcək.

P.Sultanova

 

Paylaş:
575

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər