Avropa marginallarının Qarabağ səfəri: ermənilərin ümidi cinsi azlıqlara qalıb | 1news.az | Xəbərlər
Siyasət

Avropa marginallarının Qarabağ səfəri: ermənilərin ümidi cinsi azlıqlara qalıb

16:40 - 31 / 10 / 2018
Avropa marginallarının Qarabağ səfəri: ermənilərin ümidi cinsi azlıqlara qalıb

Belçika parlamentinin üzvü, əslən fransız olan Jan Jak Flaou (Jean-Jacques Flahaux) Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ ərazisinə qanunsuz səfər edib. Erməni mətbuatının məlumatına görə, o buradakı separatçı rejimin liderləri ilə görüşüb.

Erməni mətbuatında  yer alan qondarma “Dağlıq Qarabağ Respubublikasına” Belçika parlamentinin üzvü Jan Jak Flaonun səfəri  guya ki,  “Avropdan növbəti siyasətçinin separatçı rejimi tanıması və ya separatçı rejimin beynəlxalq aləmə açılması” kimi xülyaçı və hər hansı əsası olmayan görüntü yaratmaqdan başqa bir şey deyil.

İstər erməni lobbisinin nümayəndəsi Kaspar Karampetyanın, istərsə də erməni lobbisinin nökərinə çevrilən Fransua Roşbluan kimilərinin müşayiəti ilə ölkəmizin işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə səfər edənlərin kimə, nəyə, hansı amala xidmət etdikləri heç bir şübhə doğurmur.

Karampetyanın qondarma separatçı rejimin təbliği  üçün Avropa siyasətçilərini, daha doğrusu, sağlam düşüncəli Avropalı siyasətçiləri, bu əraziyə aparmaq səyləri hər dəfə Brüsseldəki erməni lobbisinin rəhbərinin çarəsizliyini açıq şəkildə nümayiş etdirir. 

Bir müddət öncə həmin Karampetyan Avropa Parlamentinin deputatı qismində yalnız bir nəfərdən ibarət siyasi partiyanın rəhbəri, siyasi təlxək Martin Sonnebornu ölkəmizin işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə aparmış, indi isə o, homoseksual evlilik qurmuş ilk Belçikalı deputat-mer kimi tarixə düşmüş Jan Jak Flaonu müşayiət edir. Maraqlıdır, növbədə daha hansı “nüfuzlu” Avropa siyasətçisi var?

 Karampetyan kimilərinin  əlacsız səyləri, əslində dövlətlərin “biz, Dağlıq Qarabağ Respublikası adlı qurumu tanımırıq” kimi birmənalı rəsmi mövqeyinin təkrarən səsləndirilməsi və daha çox insanın Ermənistanın işğalçı siyasəti barədə həqiqətlərdən xəbərdar olmasına şərair yaradır.

Xatırladaq ki, Dağlıq Qarabağa qanunsuz səfər edən şəxslərin adları  müvafiq araşdırmalardan sonra Azərbaycan XİN-in “arzuolunmayan şəxslər” siyahısına daxil edilir.

1news.az

Paylaş:
580

Son xəbərlər

Bütün xəbərlər